Piyada gəzməyin faydaları - Gündə 1 saat bunu edin
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır.
Milli.Az Azərtac-a istinadla xəbər verir ki, piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir.
Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır. Sağlam və dərin yuxu arzusunda olanların axşam gəzintisinə bir saat vaxt ayırması kifayətdir.
Sağlamlıq üçün sürətli yerişə üstünlük vermək lazımdır. Günün hansı saatlarının seçilməsi də əhəmiyyətli məsələdir. Yaşıllıqlar arasında gəzmək oksigenin bol olduğu səhər saatlarında daha münasibdir, çünki ağaclarda fotosintez prosesi məhz həmin vaxt gedir. Dəniz kənarında gəzmək üçün axşam saatları daha ideal vaxtdır, çünki həmin vaxt dənizdən havaya yod ifraz olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pendiri daha uzun saxlamaq üçün sadə üsul
-
Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət
-
Avqust üçün ən yaxşı – Qarpız pəhrizi
-
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
-
Avqust ayında bürcləri nələr gözləyir?
-
Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir
-
Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?
-
Gecə qəhvə içməyin təsiri
-
"Onların yoxluğu dərin bir boşluqdur"
-
"Bala hatun" yeni serialda
-
Masallıda maşın aşdı - Xəsarət alan var
-
Bu bürclər üçün ağ günlər başlayacaq
-
Azyaşlı futbolçu faciəvi şəkildə öldü
-
Sənur Əzizov həbs edildi
-
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
Argentinada ən istedadlı gənc futbolçu qəzada öldü
-
Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib - (Foto)
-
"Qara Tofiq" vəfat etdi
-
ABŞ 50 ölkə vətəndaşı üçün viza girovunu 20 min dollara qədər artırıb
-
"Nilay" "Kızılcık şerbeti"ndən gedir
-
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
-
Lerikdə zəlzələ olub
-
Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 15 %-dən çox artıb
-
Rusiyada banklardan rekord həcmdə nağd pul çıxarıldı





