Maraqlı

Fazil Say və Ece Dağıstan Milanda evləndi - FOTO

27 Yanvar 2019 01:30
0 Şərh     Baxış: 1 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya şöhrətli pianoçu Fazil Say 3 ildir birlikdə olduğu izmirli sevgilisi pianoçu Ece Dağıstan ilə evlənib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, nikah mərasimi İtaliyanın Milan şəhərində baş tutub.

Türkiyənin Milandakı baş konsulu Özgür Uludüzün kəsdiyi nikahın şahidliyini bəyin dostları Kadir Dursun və Haldun Demirhisar, gəlin tərəfdən isə Ecenin rəfiqələri Esra Erlevent və Hande Yılmaz edib.

Cütlük toylarını bu yay Türkiyədə etməyi planlaşdırır.

Qeyd edək ki, Fazil Say İtaliya turnesi çərçivəsində yanvarın 27-də dünyanın ən məşhur konsert salonlarından biri ola "La Scala"da konsert verəcək. İtaliya turnesi Bolonya, Florensiya və Turin konsertləri ilə davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.