Maraqlı

Həqiqətənmi üzərlik yandırmaq bəd nəzəri uzaqlaşdırır?

29 Yanvar 2019 22:50
4 Şərh     Baxış: 17 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dinimizdə geniş yayılmış fikrə görə, bədnəzər, yəni gözdəymə həqiqətən vardır. Gözdəymədən xilas olmağın və onu uzaqlaşdırmağın ən yaxşı yolları Allaha sığınmaq, ayətəl-kürsini, Qələm surəsinin son iki ayəsini, Quranın "qul" kəlməsi ilə başlayan dörd surəsini (Kafirun, İxlas, Fələq və Nas surələrini) oxumaqdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, xalq içində belə bir inanc var ki, guya üzərlik yandırmaq da bəd nəzərin qarşısını alır. Bunun heç bir dini əsası yoxdur. Əlbəttə, evdə üzərlik yandırmaq günah deyil. Müasir elm də sübut edir ki, üzərliyin tüstüsü insanda yüngüllük yaradır, onu stresdən azad edir. Bəlkə də elə buna görə, keçmişdə üzərliyin gözdəyməni sağaltdığına inanırmışlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.