Maraqlı

Smartfonlara xüsusi proqram: porno üçün 20 dollar ödəməsəniz... - ABŞ-DA QANUN LAYİHƏSİ

23 Yanvar 2019 22:00
0 Şərh     Baxış: 1 174
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Arizona ştatından olan respublikaçı senator Qeyl Qriffin amerikalıların yeni smartfonlarına xüsusi proqramın tətbiqini təklif edib.

Milli.Az xəbər verir ki, senatorun hazırladığı müvafiq qanun layihəsi ştatın qanunverici hakimiyyətinin rəsmi portalında dərc edilib.

Sənədə görə, xüsusi proqram porno görüntüləri bloklayacaq. Sənədə əsasən, qadağanı aradan qaldırmaq üçün vətəndaşların 20 dollar ödəməsi təklif edir. Yeni vergilərdən əldə edilən vəsat Meksika ilə sərhəddə divarın inşasının maliyyələşdirilməsinə sərf ediləcək.

Vətəndaşlar Qriffinin qanunverici təşəbbüsünü "ağılsızlıq" adlandırıblar.

Qeyd edək ki, Meksika ilə ABŞ sərhədində divarın inşası Donald Trampın seçkiqabağı proqramının əsas bəndlərindən biridir. Divarın inşasına vəsaitlərin ayrılması haqqında fikir ayrılıqlarına görə hökumətin fəaliyyəti qismən dayandırılıb. Tramp iddia edir ki, demokrat konqresmenlər layihənin maliyyələşdirilməsinə mane olurlar. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.