Dünya

Eyfel qülləsini ziyarət haqqı artırılır

3 İyun 2024 07:04
Baxış: 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paris Olimpiadası ərəfəsində Eyfel qülləsini ziyarət haqqı artırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Le Parisien" saytında bildirilib.

Məlumata əsasən, iyunun 17-dən etibarən qüllədə liftdən istifadə etməklə ziyarətin qiyməti 20%, pilləkənlərlə qalxmağın qiyməti isə 42% artırılacaq.

Sözügedən tarixdən liftlə ziyarət (qüllənin ən hündür nöqtəsinə qalxma) üçün biletin qiyməti 29,40 avrodan 35,30 avroya qaldırılacaq. Klassik gəzinti (ikinci mərtəbəyə pilləkənlə çıxma) bileti isə 10 avrodan 14,20 avroya qaldırılır.

Fransa mediası bildirir ki, qiymət artımından məqsəd tikilinin təmir xərclərini qarşılamaqdır.

Qeyd edək ki, Eyfel qülləsi dünyanın ən çox baş çəkilən abidələri sırasında yer alır. Ötən il qülləni 6,3 milyondan çox turist ziyarət edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.