Maraqlı

"Bürc-Xəlifə"nin memarından heyrətamiz ideya

3 İyun 2024 04:04
Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bürc-Xəlifə" qülləsinin layihəsini hazırlayan firma göydələnləri enerjini saxlayan batareya kimi istifadə etmək üsullarını araşdırır. Bu konsepsiya ABŞ-nin SOM kompaniyası tərəfindən işlənib hazırlanıb və dünyanın ən hündür binasının layihəçisi də onun məsləhətgüzar tərəfdaşıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qravitasiya batareyaları adlanan bu aparatlar yükü və ya mayeni böyük hündürlüyə qaldıraraq izafi elektrik enerjisi ilə doldurulur, sonra isə lazım gəldikdə həmin enerjini buraxır. Şirkət enerji saxlama xərclərini azaltmaq üçün binaların daxilinə yerləşdirilən batareyalarla yeni göydələnlər tikməyi təklif edir.

Qlobal enerji balansında günəş və külək enerjisinin artan payını nəzərə alsaq, belə anbarlara tələbat arta bilər.

Qeyd edək ki, dünyada qravitasiya enerjisi saxlama sisteminə malik ilk bina 2023-cü ildə Şanxayda peyda olub. Bu obyekt külək stansiyasının yaxınlığında yerləşir və 100 meqavat-saata qədər enerjini saxlaya bilir. "Energy Vault" tərtibatçılarının fikrincə, belə akkumulyatorun səmərəliliyi 80 faizə çata bilər, onun istismar müddəti isə on illərlə ölçüləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.