Maraqlı

Türkiyədə tanınmış müğənnini 15 il həbs cəzası gözləyir - 3 aylıq uşağı öldürüb

23 Yanvar 2019 21:18
0 Şərh     Baxış: 2 118
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobil idarə edərkən qəza törədib 3 aylıq uşağın ölümünə, ana və atasının isə yaralanmasına səbəb olduğu bildirilən müğənni Deha Bilimlierə cəza istənilib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, qəzadan sonra protokolda 3 aylıq uşağı ölən Əli Aynıkoğlunun təqsirli olduğu, Bilimlierin isə qanunlara riayət etdiyi yazılıb. 

Baş prokurorluğun da protokolunda eynisi təkrarlandığından Bilimlierlə bağlı təqib etmə qərarına xitam verilmişdi. 

Lakin Əli Aynıkoğlunun vəkili Həsən Aydının etirazı ilə bu qərar yenidən qüvvəyə minib. Tərəflərin təqsir məsələsi yenidən araşdırılıb. Bu dəfə isə müğənninin də qüsurlu olduğu üzə çıxıb.

Bilimlierin 15 il həbsi tələb edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.