Maraqlı

“Selena”nın ulduzu: Üç gün sonra evləndik...

18 Yanvar 2019 17:14
1 Şərh     Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Selena" serialında yaratdığı "Hades" obrazı ilə məşhurlaşan türkiyəli aktyor Sinan Çalışkanoğlu həyat yoldaşı ilə tanışlığından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi həyat yoldaşı Çiğdemlə təsadüf nəticəsində tanış olduğunu bildirib:

"Bankomatdan pul çıxarmağa getmişdim. Yanında gəlinlik mağazası var idi. Üstündə "Kiçik gəlinlər üçün heç bir əşyamız yoxdur" yazılmışdı. Yazı xoşuma gəldi. Çəkib sosial şəbəkədə paylaşmaq istəyirdim, qarşıma Çiğdem çıxdı. Ondan icazə aldım və içəridən xoş qoxu gəldiyini hiss etdim. Soruşdum ki, bu, nəyin iyidir belə? Şkafdan öz ətirini gətirib göstərdi və üstümə sıxdı. 

Sonra nömrələrimizi aldıq və danışmağa başladıq. Eyni gün onu yeməyə dəvət edib, evlənmə təklif etdim. 21 apreldə tanış olduq. 22-si anamla tanış etdim, 23-ündə də məni ailəsiylə tanış etdi. Heç vaxt tələsik qərar verən biri deyiləm, amma bu, taleyin hekayəsidir. Biz tanış olandan sonra bankomatı yığışdırdılar, mağazanı bağladılar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.