Atasını döyüşdə itirən oğlanın kar doğulan övladı üçün ölüm savaşı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (6-cı say) təqdim edir:
İndi sənin dövranındır
İdman filmlərinin ssenariləri hamısı bir-birinə bənzəyir. Standart olaraq zəif idmançının sonda güclənib, 7-ci saniyədə döşəmədən qalxıb, rəqibini nokaut etməsi ilə bitir.

"Krid" filminin ssenarisi də belədir. Amma kinoda idmançının şəxsi həyatının əks olunması, ailə qurması, övladının dünyaya gəlməsi, anası ilə münasibətlər filmi daha maraqlı edib.
Əfsanəvi "Rokki" filmlərinin davamı olan "Krid" kinosunun əcnəbi filmləri dəyərləndirmək baxımından yaxşı seçim olduğunu düşünürəm. Çünki filmin əvvəlki hissələri illər keçməsinə baxmayaraq hələ də maraqla izlənilir, obrazları sevilir.

Elə bu filmə də maraq qatan məşhur Rokki Balboa obrazıdır. Bu obrazı canlandıran Silvester Stallone sayəsində "Krid" filmi də xeyli izləyici kütləsi əldə edib. Hətta 2015-ci ildə çəkilən "Krid 1" uğurlu alındığına görə, 3 il sonra yenidən "Krid 2" çəkilib.
"Krid 2" "Rokki" filmlərinin davamıdır. Ssenarilər bir-biri ilə əlaqəli olsa da, əvvəlki filmlərə baxmadan da mövzunu anlamaq mümkündür.

Rokki filmlərinin sonuncusu 2006-cı ildə çəkilib. 2015-ci ildə rejisssor Rayan Kuqler əfsanəvi Rokki obrazına yenidən həyat verib. Rokki "Krid" filminin birinci hissəsində illər əvvəl döyüşdə öldürülən Apollo Kridin oğluna dərs keçib, onun ən ağır çəkili dünya çempionu olmasına kömək edib.
Filmdə Kridin oğlu olan Adonis obrazını aktyor Maykl B. Cordan canlandırıb. Birinci filmdə musiqiçi qıza aşiq olan Adonisin filmin ikinci hissəsində övladı dünyaya gəlib.

Kinonun təsirli səhnələrindən biri Adonisin övladının qüsurlu doğulması olub. O, eşitmə problemi olan qadınla münasibətdə olduğuna görə onun dünyaya gələn övladının da qulaqları zəif eşidib.
Adonis atasız böyüyən idmançı oğludur. O, birinci filmdə atası kimi, hətta ondan da yaxşı döyüşçü olduğunu sübut etsə də, ikinci filmdə onun gözündə qorxu var. Elə bu səbəbdən də o, ukraynalı döyüşçüyə, Draqoya uduzur. Amma onun uduzmasına səbəb təkcə qorxması deyil, Rokki Balboanın onu məşq etdirməməsidir.

Silvester Stallone filmdə baş rolda olmasa da, əsas rollardan birini oynayır. Ötən il ölüm xəbəri yayılan aktyorun yeni filmdə tamamilə yaşlandığı aşkar şəkildə görünür. Hiss olunur ki, aktyor hərəkət etməkdə çətinlik çəkir və kadrlar çox da asanlıqla lentə alınmayıb.

Sonda Stallonenin Krid ilə yumruğunu toqquşduraraq: "indi sənin dövranındır" deməsi filmin ən təsirli səhnələrindən biriydi. Sanki, rejissor bildirmək istəyirdi ki, bundan sonrakı filmlərdə Stallone olmayacaq. Kinodakı qələbə zamanı çəkilən kolleltiv şəkildə də o, arxada qalmışdı.
Filmin çəkilişi, kadr seçimi, işıqlandırma və səs effektləri çox yaxşıdır. Rejissor, operator, montaj işi Azərbaycan və Türkiyə filmləri ilə müqayisə olunmayacaq qədər möhtəşəmdir.

Ssenarinin standart və əvvəldən proqnozlaşdırıla bilən olmasına baxmayaraq film idmanla məşğul olmayan birində boksa həvəs yaradacaq gücə malikdir. Xüsusən də idman həvəskarları və boksçuların mütləq baxmalı olduqları filmlərdəndir.
Kinoteatrda filmi seyr edən və sehrinə düşən tamaşaçıların sonda davamlı alqışları da kinonun yaxşı olduğunu deməyə əsas verir.
Qeyd edim ki, filmin iMDb xalı 7.7-dir. 2 saat 10 dəqiqə davam edən kinonu Google istifadəçilərinin 96 faizi bəyənib. Çəkiliş üçün 153 milyon dollardan çox pul xərclənib.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
XƏBƏR LENTİ
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır





