Maraqlı

Dünya şöhrətli model arıq qalmağın SİRRİNİ AÇIQLADI: Limon və alma sirkəsi... - FOTO

13 Yanvar 2019 19:54
1 Şərh     Baxış: 2 182

Dünya podiumlarının sevilən ulduzu Karli Kross incə qalmağın sirlərini bölüşüb.

Milli.Az xəbər verir ki, model menyusunda əsasən dəniz məhsullarına üstünlük verdiyini deyib:

"Yuxudan oyanan kimi bir neçə damcı alma sirkəsi və limon suyu əlavə edilmiş su içirəm. Daha sonra veqan şokoladlı protein tozu, badam südü və bir neçə "Moon Juice" vitaminlərindən smuzi hazırlayıram. Evdən çıxmazdan əvvəl mütləq nəmləndirici sürtürəm. Daha sonra idman salonuna yolanıram. İdman müəllimim ilə kardio və güc məşqlərini yerinə yetirirəm, əzələ ağrılarının yaranmaması üçün süngər silindrin köməyilə dartınıram. Yaz və yay aylarında isə açıq havada daha çox vaxt keçirmək üçün iş görüşlərinə piyada və ya velosipedlə getməyə üstünlük verirəm. Günortalar adətən somon balığı və tərəvəzli salat yeyirəm. Həftədə heç olmasa bir dəfə gecə yatmazdan əvvəl üzümə maska edirəm". (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Sam · 13 Yanvar 22:3110

    Bəxtəvər adamsan nə vecinə

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.