Ödündə daş olanlara XƏBƏRDARLIQ: vaxtında əməliyyat olunmasanız...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda öd daşı xəstəliyi çox geniş yayılıb. Bəs görəsən öd daşının yaranma səbəbləri hansılardır? Öd daşından qurtulmaq üçün nə etmək lazımdır? Tibb üzrə fəlsəfə doktoru, həkim Mircəlal Kazıminin bu haqda fikirlərini diqqətinizə çatdırırıq.
Həkim deyir ki, öd öz-özlüyündə litogen (daş əmələ gətirmə) xüsusiyyətinə malikdir. Ödün bu xüsusiyyəti və bir sıra şərait yaradan faktorlar (öd yollarının daralması, iltihabi dəyişikliklər, xəstələrin qidalanma xüsusiyyətləri və s.) ödün kristallizasiya ocağını yaradır, bu isə sonradan daşların əmələ gəlməsi ilə nəticələnir.
Onun sözlərinə görə, öd kisəsinin kəsilib götürülməsi əməliyyatı minimal invaziv-laparoskopik, ya da açıq üsulla icra olunur: "Günümüzdə öd kisəsinin kəsilib götürülməsi əməliyyatlarının 90 faizi laparoskopik üsulla yerinə yetirilir. Laparoskopik öd kisəsi əməliyyatı olan xəstələr əməliyyatdan 4-5 saat sonra yataqdan qalxıb gəzə, qida qəbul edə bilər, ciddi şəkildə dərman ehtiyacı duymazlar. Eyni zamanda uyğun xəstələr əməliyyat günü axşamı rahatlıqla evə yazıla bilirlər".
M.Kazımi bildirib ki, şəkər xəstəliyindən əziyyət çəkən insanlarda öd kisəsində daş varsa, hər hansı bir şikayət olmadan əməliyyata göstəriş var: Çünki ilkin mərhələdə heç bir ağrı hiss olunmaya bilər. Lakin şəkər xəstəliyinə görə bu insanlarda öd kisəsinin minimal iltihabı zamanı hadisə fəsadlaşır, ən ciddi fəsadlardan olan öd kisəsinin nekrozu, öd kisəsinin deşilməsi və iltihabın qarına yayılması kimi ciddi fəsadlar yarana bilər. Ümumiyyətlə, öd kisəsi daşı xəstəliyindən əziyyət çəkən xəstələrin ciddi fəsadlarla üzləşməməsi üçün vaxtında əməliyyat olunması tövsiyə olunur. Əgər daşların ölçüsü xırda olarsa, həmin daşlar öd kanalına düşür, mexaniki sarılıq əmələ gətirir və bu proses daha da fəsadlaşıb mədəaltı vəzinin iltihabı olan pankreatit yarada bilər. Bu da bir neçə cərrahi əməliyyat deməkdir. Nadir hallarda kəskin pankreatit xəstənin ölümünə belə, səbəb ola bilər. 1 sm-dən böyük olan 1 ədəd polip varsa və ya ölçüsü 1 sm balaca olan bir neçə polip varsa, xəstələrə cərrahi əməliyyat məsləhət görülür".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Gecə aclığının qarşısını alan sadə vərdiş
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu





