Maraqlı

İmam Sadiqin(ə) Əbu-Bəsirə təlim etdiyi təsirli ruzi duası

15 Dekabr 2018 22:40
1 Şərh     Baxış: 3 795
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kuleyni əl-Kafi əsərində (c.2, s.551-552) ruzi gətirən bu dua haqda belə nəql edir:

Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, Əbu Bəsir deyir ki, İmam Sadiqə(ə) ehtiyaclıqdan və yoxsulluqdan şikayət etdim və ondan xahiş etdim ki, ruzi üçün mənə bir dua təlim etsin. Beləcə, mənə bir dua öyrətdi ki, onu oxuduqdan sonra (təsirini gördüm və) daha ehtiyaclı olmadım. O buyurmuşdu: Gecə namazından sonra səcdədə de:

"Ya xəyrə məd`uvv və ya xəyrə məs`ul və ya əvsə`ə mən ə`ta və ya xəyrə murtəca, urzuqni və əvsi` ələyyə min rizqikə və səbbib li rizqən min qibəlikə, innəkə əla kulli şəy`in qədir".

Tərcüməsi:

"Ən iltimas olunanların ən yaxşısı, Ey istəklərin bildirildiyi ən yaşı varlıq, Ey ən çox əta edən, Ey ən yaxşı ümid yeri, Mənə ruzi ver! Mənə verdiyin ruzini artır! Öz tərəfindən mənə ruzinin gəlməsinə səbəb ol! Sən hər şeyə qadirsən"

يَا خَيْرَ مَدْعُوٍّ وَ يَا خَيْرَ مَسْئُولٍ وَ يَا أَوْسَعَ مَنْ أَعْطَى وَ يَا خَيْرَ مُرْتَجًى، ارْزُقْنِي وَ أَوْسِعْ عَلَيَّ مِنْ رِزْقِكَ، وَ سَبِّبْ لِي رِزْقاً مِنْ قِبَلِكَ‏، إِنَّكَ عَلى‏ كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ".
 

Bu duanın oxunma zamanına gəldikdə isə onu gecə namazından sonra və habelə gündəlik namazların axırıncı səcdəsində də demək daha münasibdir. Onu namazlardan sonra, ya istənilən hər zamanda demək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.