Rüşü ilə üzünüz günəş kimi parlayacaq - 20 qəpiklik təbii pilinq daşı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rüşü qədim fars hamam mədəniyyətindən müasir günümüzədək gəlib çatmış təmizlik vasitəsi hesab olunur. Ruşu, rüşür, ruşur, rüşül və bir neçə bənzər adlarla tanınan və tərkibi təbii maddələrdən ibarət olan bu vasitə ölkəmizdə bir o qədər də populyar deyil.
Milli.Az medicina.az-a istinadən bildirir ki, rüşü əsasən şəhərdə İran məhsulları satılan dükanlarda bir ədədi 20 qəpiyə satılır. Son 2 ildə bəzi xanımların bu vasitəni kəşf etməsiylə parfümeriya dükanlarına da yayılıb.
Lakin bir çoxları hələ də ən ucuz dəri təmizləyicisindən xəbərsizdir.
Rüşü dərini tamamilə təmizləyib hamar edir, qara nöqtələri aradan qaldırır, səpkiləri azaldır, dərini yumşaq edir. Duş qəbul etdikdən sonra dəri yumşaldığı üçün rüşüdən üz kisəsi kimi istifadə etmək lazımdır. Rüşü dərinin məsamələrini təmizləyir və nəfəs almasını təmin edir.
Rüşünün tərkibi tam təbii maddələrdən ibarətdir. Belə ki, hazırlanması zamanı əsasən təbii yollarla əmələ gələn minerallar və heyvan piyindən istifadə edilir. Hələ qədimlərdən təmizlik vasitəsi kimi istifadə edilən rüşü Şərq ölkələrində, əsasən də İranda populyardır.
Rüşüdən həmçinin, yara və yanıq izlərindən, yaşlılıq ləkələrindən, günəş qaralmasından xilas olmaq, hamiləlik ləkələrini yox etmək və hətta dərinin rəng tonunun açılmasına qədər bir çox məqsədlər üçün istifadə edilir.
Tərkibində olan minerallar səbəbindən yalnız təmizləyici deyil, həm də qidalandırıcı xüsusiyyətlərə malikdir.
Rüşü qədim pilinq vasitəsidir desək yanılmarıq. Çünki unikal tərkibi sayəsində dərinin üzərini və məsamələri örtən kir, toz, ölü dəri hüceyrələri, piy və s. kimi zərərli maddələrdən təmizləyib qidalandırır.
İstifadəsi:
Əvvəlcə bədəni isladın, daha sonra isə kisəni isladaraq rüşürü üzərinə çəkin. Kisələnin. Bununla da bədəndəki bütün ölü hüceyrələrdən qurtulacaqsınız. Daha sonra su və sabunla yaxalanın.
Rüşü ilə üz dərisini təzmizlənmək istəyənlər isə onu əlinə çəkib, daha sonra üzünə sürtməlidir. 1 dəqiqə gözlədikdən sonra üz dərisini ovxalayaraq masaj etmək lazımdır. Daha sonra üzü sabunla yumaq olar.
Daşı birbaşa üzə də çəkmək olar. Lakin bunu üzü zədələmədən, çox ehtiyatla edin. Belə ki, daşın üzərindəki möhür izini bir bıçaqla təmizləyin. Daha sonra rüşünü üzünüzə ehtiyatla çəkin. Üzünüzdən topa-topa çirklərin çıxacağının şahidi olacaqsınız. Sanki üzün bir qat dərisi soyulur effekti yaranacaq. Halbuki üzdən çıxan şey toz, yağ, kir və s.-dir. Hamamdan çıxdıqdan sonra üzünüzə nəmləndirici çəkin.
Rüşünü hər gün istifadə etmək məsləhət deyil. Həftədə 2 dəfə istifadə etmək yaxşı nəticə əldə etmək üçün kifayətdir.
Qeyd edək ki, rüşü ilə üzü təmizlədikdən sonra quruluq hissi yaranmır. Əksinə, üz təbii pilinqdən sonra günəş kimi parlayır desək, mübaliğə etmiş olmarıq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əməkdar artist xanımı ilə efirdə DUET OXUDU - VİDEO
-
"O mahnını oxuyub sənətdən gedəcəkdim, dünya ulduzuna ÇEVRİLDİM"
-
"Ayılanda ayaq barmağımdan başıma qədər göynəyirdi, halım DƏYİŞDİ”
-
Reanimasiyaya yerləşdirilən Haluk Leventdən xəbər var - FOTO
-
Xərçəngə qalib gəldi - Belə QEYD ETDİ - VİDEO
-
"Ərimdən çox qazanıram, amma ondan PUL ALIRAM"
XƏBƏR LENTİ
-
"Məni küftə-bozbaş verdiyiniz toya çağırmayın" - Vüqar
-
“Mingəçevir” pley-off-da
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
Mələkxanım Eyubova gəlini ilə - FOTO
-
İlk dəfə “Qarabağ”ın heyətində meydana çıxacaqlar
-
Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
-
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
-
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
UFC prezidenti Dana Uaytdan Azərbaycan azarkeşlərinə xüsusi çağırış: "Bakı, hazır olun!"
-
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
-
Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
BƏƏ Prezidenti İlham Əliyevi təbrik edib
-
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
-
Sərvəti 1 milyardı keçdi
-
Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab
-
Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır
-
Yazıçı Anar: "Lalə Məmmədova kimdir?"
-
Mehdiabadda qazın verilişi DAYANDIRILACAQ - YENİLƏNİB
-
Sabiq partiya sədrinə hökm oxundu
-
Rayonlara yağış yağır, Göyçaya dolu düşüb
-
Həsən Əliyev küçəsində minib-düşmə yeri yaradılıb - FOTO
-
Bakı-Tbilisi-Bakı qatarında uşaqlar üçün gediş haqqı açıqlandı





