Maraqlı

Gündüzlər professor, axşamlarsa "siyasi fahişə" - FOTO

6 Dekabr 2018 12:16
4 Şərh     Baxış: 3 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

O, müştərisi olan kişiləri alçaltmaqdan həzz alan, özü demişkən, "siyasi fahişə" olan dominatriksdir. Ağdərili, ifrat sağçı, radikal millətçi olan kişiləri sosialistlərə döndərməyə çalışdığını deyir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Miss Rebekka" ləqəbli Reba Mayberi Londondakı dünyaca məşhur Mərkəzi Sent-Martins kollecinin siyasi elmlər fakültəsinin professorudur. O, siyasi elmlərdən dərs deyir.

Siyasi baxış sarıdan sosialist olan Reba Mayberi axşamlar evində "müştəri"ləri qəbul edir. O, lateks kostyum geyinir, dominant qadın roluna girir, şallaq və qamçı ilə müştərisini döyür. Eyni zamanda, "proses" əsnasında "Miss Rebekka" yataqdakı müştərisinə sosializmdən bəhs edir, siyasi elmlərdən danışır, politoloji şərhlərini açıqlayır.

Onun dediyinə görə, fetişi sevən kişilər onun müştəriləridir.

"Siyasi dominant olmağı sevirəm. Xüsusilə də irqçi, radikal sağçı olan kişini ram etməkdən, onun baxışlarını dəyişməyə vadar etməkdən həzz alıram", - politologiya professoru, 27 yaşlı Reba Mayberi söyləyib.

Ötən ay "Wet Satin Press" nəşriyyatı R.Mayberinin "Dining with Humpty-Dumpty" adlı siyasi təhlillər, novellalar və esselər kitabını çap edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.