Pullu oğlanı atıb, kasıbı seçən qızın aqibəti - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (3-cü say) təqdim edir:
Ötən gün Nizami Kino Mərkəzində "Dünya hali" filminin qala gecəsi keçirilib.
Filmin baş roluna çəkilən müğənni Murat Dalkılıç, Serenay Aktaş və Melis Sezen digər Bakıya gələn məşhurlardan fərqli olaraq tədbirə tam vaxtında gəldilər. Tamaşaçılar onları izdihamla qarşılasalar da, müğənninin adaşı Murat Bozda olduğu kimi qızların çığır-bağırını eşitmək olmurdu.
.jpg)
Məşhurlar tamaşaçılarla salamlaşdıqdan sonra mətbuat konfransında iştirak etdilər. Jurnalistlərin suallarını cavablandırarkən sadəlikləri və təvazökarlıqları ilə seçilən aktyor və aktrisalar dəfələrlə Bakını çox bəyəndiklərini söylədilər. Murat jurnalistlər üçün kiçik bir mahnı oxuduqdan sonra onlar tamaşaçılarla birlikdə film seyr etmək üçün zala keçdilər.

Filmin adı "uğursuz" seçilsə də, gözləntiləri yaxşı mənada alt-üst etdi. Tamaşaçıların filmi ayaq üstə, fit çalaraq alqışlaması bunu deməyə əsas verir.
Film boyunca zalı tərk edən yox idi. Başlıq hiss biraz sıxıcı olsa da, bir neçə dəqiqədən sonrakı səhnələr hadisələrin necə olacağına dair maraq oyadır.
Kino filofob (aşiq olmaqdan qorxan) birinin jurnalist qıza vurulmasından bəhs edir. Film boyunca eşqini etiraf etməyə çalışan oğlan sonda öz istəyinə çatır və qızla ailə qurur. O, buna cəmi 6 gündə nail olur.

Filmdə dini nüanslara yer verilməsi, əxlaqsızlığın deyil, eşqin təbliği, intim səhnələrin olmaması və söyüşlərə yol verilməməsi diqqət çəkən və bəyənilən cəhətlərdən idi. Filmin baş rolundakı qadın obrazının imkanlı, pullu biri əvəzinə kasıb, saf qəlbli, klonluq edən birini seçməsi qədim türk kinolarının ssenarilərini xatırladırdı.
Tamamilə romantika janrında olan filmdə gülməli səhnələr də var idi, təsirli səhnələr də. Murat Dalkılıçla Melis Sezenin öpüşmə səhnəsi kinonun klüminasiya nöqtəsi idi.

Ssenaristin mətbuat konfransında dediyi kimi filmdəki məqsədi tamamilə sevgi hissləri aşılamaq idi ki, bunu bacara bildi. Elə filmin şüarındakı "ona indicə, gec olmadan sevginizi bildirin, mesaj yazıb sevirəm" deyin hissəsi bəlkə də çoxlarının qəlbinin dərinliklərindəki "ölmüş" sevgi hisslərini oyatdı. Bunu gözləri yaşaran tamaşaçıların üzündən oxumaq olurdu...
Film bitdikdən sonra Murat aktrisalarla birgə tamaşaçılarla selfi çəkdirdikdən sonra zalı tərk etdi.
Qeyd edim ki, film bu gündən Azərbaycan kino teatrlarında nümayiş olunacaq.
Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
XƏBƏR LENTİ
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır





