Pullu oğlanı atıb, kasıbı seçən qızın aqibəti - FOTO

8 Noyabr 2018 09:54

Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (3-cü say) təqdim edir:

Ötən gün Nizami Kino Mərkəzində "Dünya hali" filminin qala gecəsi keçirilib.

Filmin baş roluna çəkilən müğənni Murat Dalkılıç, Serenay AktaşMelis Sezen digər Bakıya gələn məşhurlardan fərqli olaraq tədbirə tam vaxtında gəldilər. Tamaşaçılar onları izdihamla qarşılasalar da, müğənninin adaşı Murat Bozda olduğu kimi qızların çığır-bağırını eşitmək olmurdu.

Məşhurlar tamaşaçılarla salamlaşdıqdan sonra mətbuat konfransında iştirak etdilər. Jurnalistlərin suallarını cavablandırarkən sadəlikləri və təvazökarlıqları ilə seçilən aktyor və aktrisalar dəfələrlə Bakını çox bəyəndiklərini söylədilər. Murat jurnalistlər üçün kiçik bir mahnı oxuduqdan sonra onlar tamaşaçılarla birlikdə film seyr etmək üçün zala keçdilər.

Filmin adı "uğursuz" seçilsə də, gözləntiləri yaxşı mənada alt-üst etdi. Tamaşaçıların filmi ayaq üstə, fit çalaraq alqışlaması bunu deməyə əsas verir.

Film boyunca zalı tərk edən yox idi. Başlıq hiss biraz sıxıcı olsa da, bir neçə dəqiqədən sonrakı səhnələr hadisələrin necə olacağına dair maraq oyadır.

Kino filofob (aşiq olmaqdan qorxan) birinin jurnalist qıza vurulmasından bəhs edir. Film boyunca eşqini etiraf etməyə çalışan oğlan sonda öz istəyinə çatır və qızla ailə qurur. O, buna cəmi 6 gündə nail olur.

Filmdə dini nüanslara yer verilməsi, əxlaqsızlığın deyil, eşqin təbliği, intim səhnələrin olmaması və söyüşlərə yol verilməməsi diqqət çəkən və bəyənilən cəhətlərdən idi. Filmin baş rolundakı qadın obrazının imkanlı, pullu biri əvəzinə kasıb, saf qəlbli, klonluq edən birini seçməsi qədim türk kinolarının ssenarilərini xatırladırdı.

Tamamilə romantika janrında olan filmdə gülməli səhnələr də var idi, təsirli səhnələr də. Murat Dalkılıçla Melis Sezenin öpüşmə səhnəsi kinonun klüminasiya nöqtəsi idi.

Ssenaristin mətbuat konfransında dediyi kimi filmdəki məqsədi tamamilə sevgi hissləri aşılamaq idi ki, bunu bacara bildi. Elə filmin şüarındakı "ona indicə, gec olmadan sevginizi bildirin, mesaj yazıb sevirəm" deyin hissəsi bəlkə də çoxlarının qəlbinin dərinliklərindəki "ölmüş" sevgi hisslərini oyatdı. Bunu gözləri yaşaran tamaşaçıların üzündən oxumaq olurdu...

Film bitdikdən sonra Murat aktrisalarla birgə tamaşaçılarla selfi çəkdirdikdən sonra zalı tərk etdi.

Qeyd edim ki, film bu gündən Azərbaycan kino teatrlarında nümayiş olunacaq.

Umarlı
Milli.Az