Maraqlı

Hollivud ulduzlarının seçimi: yanaq estetikası nədir?

10 Noyabr 2018 22:40
0 Şərh     Baxış: 1 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli plastik-estetik cərrah Ufuk Askeroğlu Ancelina Coli, Megan Foks və Cennifer Aniston kimi Hollivud ulduzlarının üstünlük verdiyi yanaq estetikası haqqında danışıb.

Bildiyimiz kimi, üz quruluşu gözəllik və cazibədarlığın vacib kriteriyalarından biridir. Bu səbəbdən qızıl orta dediyimiz çənə, yanaq və üzdəki digər bölgələrin məlum bir nisbətdə olduğu üz forması populyardır. Qızıl ortadakı ən vacib kriteriyalardan biri də çənə və yanaqların üçbucaq meydana gətirməsidir. Bu halda üz daha gənc, daha cazibədar və estetik baxımdan gözəl görünür.

Yanaqlardakı qalınlıq normal yolla incəlmir

Ümumiyyətlə, uşaqlıq dövründə yaranan yumru və dolğun yanaq görünüşünün ən çox rast gəlinən səbəbi yanaq içi yağlanmadır. İnsan nə qədər arıq və zəif olsa da, yanaq bölgəsi öz bədənindən bir neçə dəfə daha böyük görünə bilər. Bu cür insanlar xüsusən fotoşəkillərində daha da yumru və toppuş görünən bu yanaq quruluşundan narahat olurlar və özlərini olduqlarından daha kilolu göstərdiyi üçün psixoloji mənada təsirlənirlər. Yanaq estetikasında ilk hədəf üzü olduğundan daha toppuş göstərən bu yağ toxumasıdır. İngiliscə qarşılığı "Bichat", yəni yağ yastıqcası adlandırılan bu yağ toxuması artıqlaması ilə yanaqları xaricə doğru toppuş və yuvarlaq halda çıxarır. Yuvarlaq və toppuş yanaq görünüşü xarici yağ təbəqəsinin qalınlaşması nəticəsində də yarana bilər. Bu qalınlaşma əsasən genetik xüsusiyyətlə bağlıdır. İnsan arıqlasa da, bədəni incəlsə də, yanaqları normal yollarla incəlmir.

Yanaq estetikası nədir?

Yanaq estetikası və ya həkimlərin təbirincə desək, "Hollivud yanağı" üz konturunun bucaqlı və yanaqdakı yağ yastıqlarının çox olduğu üzlərdə edilən üz gəncləşdirən prosedurdur. ABŞ-da, xüsusilə Hollivud ulduzlarının bir çoxunun etdirdiyi bu əməliyyatla estetik baxımdan uğurlu nəticələr əldə edilir.

Reabilitasiya dövrü sürətlidir

Yanaq dolğunluğunu 30-40%-ə yanaq yağ yastıqları səbəb olur. Əməliyyat zamanı əsasən onlar götürülür. Əməliyyatda bu yağ kütləsi yarılır və yağın yanaqda dolğunluq yaradan hissəsi alınır. Həkim bildirir ki, ağız içindəki kəsiyə özü əriyən tikişlər edilir, bu tikişləri sökməyə ehtiyac yoxdur: "Əməliyyatdan sonra xəstə sürətlə yaxşılaşır, reabilitasiya dövrü tez olur. Əməliyyat ümumi anesteziya ilə həyata keçirilir, lakin çox davam etmədiyi və qanama ehtimalı olmadığı üçün əməliyyatdan 3-4 saat sonra, narkozun təsiri keçdikdən sonra yemək yeyə və xəstəxanadan çıxa bilərsiniz".

İnsanın üz formasına görə götürüləcək yağ miqdarının təyin edilməsi, əməliyyatdan sonra çənə, yanaq üçbucağının insana görə təyin edilməsi və əməliyyat sonrası ağız içindəki tikişlərin xəstəni narahat etməməsi plastik cərrahın bu mövzudakı təcrübəsindən çox asılıdır: "20-30 yaş qrupunda olan, genetik olaraq yanaqları sallanan və ya yanaqları həddindən artıq düzbucaqlı, yumru olan qadınlar yaşlarından böyük görünürlər. Bu, həm də onların üzündə davamlı bir yorğun ifadə təəssüratı yaradır. Bu yağ yastıqları adamı ən kiçik bir stress, kədər və yorğunluqda olduğundan da daha yorğun göstərir. "Hollivud yanağı" ilə gənc xəstələr, öz yaşlarına geri dönür, son dərəcə cazibədar və estetik baxımından gözəl üz quruluşuna malik olurlar".

Kişilərdə də yaxşı nəticə verir

Belə bir sual yaranır: bu əməliyyat yalnız qadınlar üçündürmü? Təbii ki xeyr. Əsasən qadınların üstünlük verdiyi bir əməliyyat olsa da, kişilər də son dövrdə bu əməliyyatla daha cazibədar və gözəl üz quruluşu əldə edirlər. Bütün əməliyyatlarda olduğu kimi, əvvəlcədən kişilər və qadınlar üçün başqa-başqa planlama tərtib edilir. Həkim əməliyyatdan sonra qidalanma haqqında da məlumat verib: "Ağız içərisində yanaq bölgəsində yüngül tikişlər olduğu üçün ilk gün maye qidalara üstünlük verilməlidir. Sonrakı günlər yavaş-yavaş normal qidalara keçmək olar. İlk 3 gün ağız içi qarqara ilə dişləri steril saxlamaq lazımdır. Onu da əlavə edək ki, tikişlərin olduğu hissə ağrıtmadığı üçün bəzi xəstələr ağızlarında tikiş olduğunu unudurlar. Eyni zamanda tikişlər bir neçə gün müddətində öz-özünə sorulur. Yanaq hissəsindəki çox yüngül keyləşmə isə bir neçə günə keçib gedir. Xəstələr əməliyyatdan dərhal sonra iş başına qayıda bilərlər. Yanağın əsl görünüşü 3 həftəyə bəlli olur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.