Google-da "zəlzələ": minlərlə işçi etiraz edir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən böyük İT şirkəti olan Google korporasiyasının dünyanın ən müxtəlif ölkələrindəki ofislərinin əməkdaşları dünən kütləvi etiraz aksiysı keçiriblər.
Çalışdıqları ofislərin qarşısına toplaşan əməkdaşlar iş yerində seksual təzyiqlərə, qısnamalara, gender bərabərsizliyinə və irqçiliyə etirazlarını bildiriblər.
Aksiyalar Google-un Yaponiya ofisində başlayıb, sonra Sinqapur, Sürix, Dublin, Berlin, Xayfa və Nyu-Yorkda davam edib.
Aksiya keçirən Google əməkdaşlarının dediklərinə görə, korporasiyada insan haqlarının pozulması ilə bağlı çoxsaylı faktlar var.
Londonda isə əməkdaşlar ofisin baş auditoriyasına da yığışmışdılar. Onlar Google-da haqlarının pozulduğunu, korporativ mədəniyyətə riayət olunmadığını deyiblər.
Onlar əmək müqaviləsinin dəyişdirilməsini tələb edirlər.
Digər tələblər belədir:
1. Seksual qısnama və təzyiq faktı olarsa, məhkəməyə şikayətə qoyulmuş yasaq ləğv olunsun
2. Əməkhaqqı ədalətlə verilsin, bərabər imkanlar yaradılsın
3. Şirkətdə əməkdaşların cinsi zəmində təzyiqlərə məruz qalması faktlarının əks olunduğu hesabat hazırlansın və açıqlansın
4. Şirkət əməkdaşlarının hüquqlarının müdafiəsi üzrə direktor postu təsis olsun və bu vəzifəyə təyinat alacaq şəxs Google-un direktorlar şurasına üzv seçilsin
Google-da rəhbərlərin əməkdaşlara qarşı əxlaqsız davranışı barədə The New York Times yazmışdı.
Google X-ın direktoru Riçard DeVaul, şirkətin baş vitse-prezidenti Amit Sinqhal və Android əməliyyat sistemini yaradıcısı Endi Rubinin qadın əməkdaşlara qarşı tərbiyəsizlik etdikləri, onları cinsi əlaqəyə vadar etdikləri bəlli olmuşdu.
Sinqhal və Rubin işdən çıxarılsalar da, onlara on milyonlarla dollar "təzminat" ödənib. DeVaul isə hələ də korporasiyada çalışır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
Sabunçu su altında qaldı - (Video)
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
XƏBƏR LENTİ
-
Gündə 5 litr kola içir, 19 saat işləyir - (Video)
-
Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
-
“Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm” - Elza Seyidcahan
-
Günün qoroskopu: Balans və harmoniya axtarışınız bu gün ön plandadır
-
“Sevgilim 3 il məni aldatdı” - Pərvin Abıyeva
-
Meksikada Zəfər Günü təntənəli şəkildə qeyd olunub - (Foto/Video)
-
Türkiyə Super Liqası: “Qalatasaray” “Amed”i məğlub edib
-
Məleykə Əsədov bacısı qızının ölümündən danışdı - ”Övladları bilmir”
-
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
-
12 yaşlı uşaq qızıl külçəsi tapdı
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)





