Maraqlı

23 gün komada olan qadın elə vaxt gözlərini açdı ki, həkimlər ağladı - FOTO

16 Oktyabr 2018 14:03
1 Şərh     Baxış: 6 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk hiss etdiyim şey övladımın qollarımda olması idi. Onun balaca başını görürdüm və qoxusunu hiss edirdim. Bu, möhtəşəm situasiya idi. Qarışıq hislər keçirirdim. Atamdan uşağın mənim olub-olmadığını soruşdum. Sonra əlimi qarnıma qoyanda gördüm ki, artıq hamilə deyiləm.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, komada olan qadın yeni doğulan körpəsi qucağına qoyulduqda gözlərini açıb.

Braziliyada yaşayan 28 yaşlı Amanda da Silva yeni doğulan körpəsi qucağına qoyulduğu anda 23 günlük komadan ayılıb.

O, instiktləri ilə həkimləri də təəccübləndirib. Onun bədəni süd istehsal etməyə başlayıb və gözləri də yaşarıb.

Qadın əvvəl nə baş verdiyini anlamasa da, sonradan övladının dünyaya gəldiyini və artıq hamilə olmadığını öyrəndikdə kövrəlib.

Assis Chateubriand Maternity Hospital-da onun doğum prosesini aparan həkimlər bildirib ki, bu, inanılmaz hadisədir. Onlardan bəziləri həmin andan təsirlənərək kövrəliblər.

Qeyd edək ki, Amanda evdar qadındır. Onun əlavə iki uşağı da var və o, epilepsiya xəstəliyindən əziyyət çəkir.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.