Maraqlı

Yenidoğulmuş nə vaxt eşitməyə və görməyə başlayır?

11 Oktyabr 2018 23:05
0 Şərh     Baxış: 2 597

Bətndaxili həyatın 16-cı həftəsindən başlayaraq döldə işığa qarşı həssaslıq yaranır; ananın qarnına yönəldilmiş güclü işıq onu qıcıqlandırır.

Anadan olandan sonra uşaq gözlərindən 25-30 sm məsafədə olan əşyaların cizgilərini artıq görür. Ehtimal edirlər ki, uşaq vizual olaraq anasını 3 ayından tanımağa başlayır.

Kəskin, qəfləti işığa görən körpə bəbəklərin daralması, göz qapaqlarının yumulması və başı arxaya atmaqla reaksiya verir.

Sübut olunmuşdur ki, uşaq anadan olmamışdan çox-çox əvvəl eşitməyə başlayır. Anadan olan kimi o, ata-anasının səsini tanıyır, danışıq nitqini digər küylərdən ayırır. Saat çıqqıltısı onun çox xoşuna gəlir, yəgin ki, bu səs ona ananın ürəkdöyunməsini xatırladır.

Uşağın eşitmə qabiliyyətinin zəifliyini və ya karlığını onun güclü səsə olan reaksiyası ilə yoxlayırlar. Bu zaman ayrı-ayrılıqda hər qulağının yaxınlığında əl çalmaya uşaq göz qırpımı ilə reaksiya verməlidir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.