Məşhur aparıcı-aktrisa Çağla Şikeldən polisə şikayət daxil olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ağrı Əlillər Dərnəyinin rəhbəri Oktay Topçi Fox Tv-də yayımlanan "Çağla ilə yeni bir günə" adlı proqramda əlillərin təhqir olunduğunu iddia edib.
O, bu səbəbdən verilişin aparıcısı Ç.Şikeldən Abrı Baş Prokurorluğuna şikayət ünvanlayıb.
Topçi Anadolu Agentliyinə açıqlamasında deyib ki, aparıcı əlillərdən üzr istəməlidir: "Biz cəmiyyətdə əlillərin psixologiyasını düzəltməyə çalışırıq. Amma Çağla xanım "Korlar, karlar bir-birini yola salar" deyir. Əlillərin qüsurlarını ön plana çıxarır. Bu, səhv bir addımdır və insanları narahat edir. Ondan televizya vasitəsiylə bütün əlillərdən üzr istəməsini tələb edirik".
Milli.Az