Maraqlı

Uşaqlarda bel ağrısı təhlükəsi

29 Sentyabr 2018 20:10
0 Şərh     Baxış: 11 166
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Uşaqlarda bel ağrısına nadir rastlandığı deyilsə də, sorğular bunun 30 faizə qalxdığını göstərir.

Uşaqlarda rastlanan bel-kürək ağrıları əsasən ağır məktəb çantaları daşımaq, kompüter qarşısında uzun müddət düzgün olmayan vəziyyətdə oturmaq və ya idman edərkən bədəni gücə salma kimi sadə hərəkətlərdən qaynaqlanır.

Buna görə valideynlər uşaqlarında yaşanan bel ağrılarının səbəblərini adi hesab edib, çox əhəmiyyət vermirlər. Ancaq 4 yaşdan aşağı uşaqlarda rastlanan bel-kürək ağrılarının altında şiş, revmatizm və infeksiyalar kimi ciddi təhlükələr yata bilər.

4 yaşdan aşağı uşaqlarda yaşanan bel ağrılarını mütləq araşdırmaq lazımdır, çünki bu yaşda bel ağrıları çox ciddi səbəblərdən qaynaqlanır. Yaş neçə olur-olsun, bu ağrılar 4 həftəni keçirsə, mütləq ciddi tədbirlər görülməlidir.

Uşaqlarda bel ağrıları necə büruzə verir?

Kəskin ağrıdırsa, uşağın hərəkət etməsinə mane olur və yuxudan oyadırsa,

Qızdırma, öskürək, çəki itirilməsi,  halsızlıq  yaşanırsa,

Altını batırmaq, sidik saxlamamaq, ayaqlarda gücsüzlük, keyimə, qıdıqlanma kimi nevroloji əlamətlər varsa,

Ağrı ayaqlara kimi yayılırsa,

Avtomobil qəzası və ya ya yıxılma kimi bir travma nəticəsində ortaya çıxıbsa, mütləq həkimə müraciət edilməlidir.

Bəs bu bel ağrılarının səbəbləri nələr ola bilər?

Onurğa şişi ya infeksiyaları

Uşaqlarda bel və kürək ağrısı əsasən gecələr yaşanırsa, yatmağa imkan vermirsə, çəki azalması, yorğunluq, səbəbsiz qızdırma, qollara və ayaqlara yayılan ağrı, güc itkisi, keyimə, sidik qaçırmaq və altına batırmaq kimi nevroloji əlamətlər varsa, buna şiş, onurğa iliyi infeksiyaları səbəb olur. Bel-kürək ağrıları ilə birlikdə buna bənzər əlamətlərin görülməsi bel yırtığından da qaynaqlana bilər.

Onurğa qırığı ya da sürüşməsi

Əgər bel-kürək ağrısı yaşanan qəzadan sonra ortaya çıxıbsa, yumşaq toxuma yaralanmaları, böyümə diskinin sürüşməsi kimi səbəblərdən ola bilər. Bir travma sonrası başlayıb, uzun müddət davam edən bel ağrısı isə onurğa qırığı (spondilolizis), onurğa sürüşməsi (spondilolistezis) ilk ağla gəlməlidir.  Düzgün idmanla məşğul olmayan uşaqlarda ortaya çıxa bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.