Körpənin qulağının ağrıdığını necə bilək? – ƏLAMƏTLƏRİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Körpələrin çox ağlamasının və aşırı narahatlığının ən sıx səbəbi qulaq ağrısıdır. Bəs danışmayan körpənin qulağının ağrıdığını necə bilmək olar?
Həkim deyir ki, körpənin qulağının ağrıdığını qışqırıb ağlaması, qulağını dartması, xüsusilə gecə yuxusuzluğu və narahatlığı, əmməkdən imtina etməsi, qulaqdan axıntının olması, qulaq önü-tragus nahiyəsini yüngülcə sıxarkən körpənin qışqırıb ağlaması ilə anlamaq olar: "Valideynlər bəzən əlini tez-tez qulağına aparan, sırğalığı çəkişdirən körpənin qulağının ağrıdığını zənn edər və qulaq damcılarından istifadə etməyə başlayarlar. Lakin bu, hər zaman qulaq ağrısı - otit əlaməti deyildir. Qulağı ağrıyan uşaq yalnızca onu çəkişdirməklə kifayətlənməz, çox narahat olar və ağrıkəsici qəbuluna ehtiyac duyarlar. Qulaq ağrısını ciddiyə almaq və mütləq mütəxəssisə müraciət etmək lazımdır".
G. Rəsulovanın sözlərinə görə, uşaqların qulağını təmizləmək lazım deyil. Qulaqda normalda sera - qulağın normal ifrazatını sintez edən vəzilər vardır. Bəzi uşaqlarda sera normadan artıq ifraz edilə bilər və qulaqdan axıntı şəklində xaric edilə bilər. Bunu da qulaq ağrısı ilə qarışdırıb, yersiz qulaq damcılarından istifadə etmək olmaz: "Uşaqları çimizdirərkən qulağa su getməməsi üçün pambıq qoymaq lazım da deyil. Əksinə, xarici qulaq keçəcəyinin yuyulması ordan seranın - qulağın normal ifrazatının xaric edilməsini asanlaşdıracaq. İstisna hallar - otitin kəskin dövrü və təbil pərdəsinin dəlikli olmasıdır".
Qulağı ağrıyan uşağa evdə necə kömək edək?
Uşaq qulaq ağrısından çox ağlayırsa, ona mütləq ağrıkəsici siroplardan vermək (İbuprofen), qulaq ağrısı zamanı qulağa 1-2 damla zeytun yağı damızdırmaq fayda verir. İsidilmiş parçanın qulağa tutulması da ağrını yüngülləşdirir. Ehtiyatda qulaq üçün nəzərdə tutulmuş damlalardan varsa, qulağa damızdırmaq körpəni rahatlatacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
XƏBƏR LENTİ
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
-
Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
Tramp anlaşılmaz səslər çıxardı - (Video)
-
Yeni Günəşlidən ev almaq istəyənlərin nəzərinə, qiymətlər qalxacaq
-
Qazini qətlə yetirən şəxs saxlanıldı - Yenilənib (Foto)
-
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub





