Maraqlı

Səhv səcdəsi nəyə görə və necə edilir?

4 Sentyabr 2018 23:50
0 Şərh     Baxış: 4 744
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Səhv səcdəsi namazdan sonra, namazı pozan hər hansı əmələ yol vermədən (məsələn, qiblədən dönmədən, artıq söz danışmadan) yerinə yetirilməli olan bir əməldir. Səhv səcdəsini namazda baş vermiş bəzi səhvlərə görə yerinə yetirirlər.

Milli.Az islam.az-a istinadən bildirir ki, aşağıdakı hallarda səhv səcdəsi edilir: insan namazın təşəhhüdünü söyləməyi unutsa və növbəti əməl keçsə; dörd rükətlik namazın ikinci səcdəsindən sonra 4 ilə 5, yaxud 4 ilə 6 rükət arasında şəkk etsə; namaz zamanı qeyri-ixtiyari olaraq artıq (namaza aid olmayan) söz danışsa; lazım olmayan yerdə namazın salamını söyləsə; ümumiyyətlə, namaz əməllərində artıq-əskiyə yol versə (rükn olan əməlləri çıxmaqla).

Səhv səcdəsi həmişə qoşa formada yerinə yetirilir və qaydası budur: namazı bitirən kimi insan dərhal səhv səcdəsi niyyəti edib alnını möhürə qoyur və zikr deyir. İstənilən zikri söyləmək olar, yaxşı olar ki, deyilsin: "Bismillahi və billah. Əssəlamu əleykə eyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh". Səcdədən qalxıb diz üstə oturur, yenə eyni qayda ilə ikinci səcdəni edir. Daha sonra diz üstə oturub təşəhhüdü söyləyir, axırda da üçüncü salamı deyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.