Maraqlı

Gavalı qurusunun faydaları

4 Sentyabr 2018 22:15
0 Şərh     Baxış: 26 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gavalı qürusu çox dadlı bir qida məhsulu olduğu kimi, həm də çox faydalıdır. Gavalı qurusunun faydaları:

1. Gavalı qurusu arıqladır. Gavalı qürusu az kalorili meyvələrdəndir. Bu meyvə qurusunun yardımı ilə aclığı aradan qaldırmaq olar. Əgər iştahanızın qarşısını almaq istəyirsinizsə, gavalı qurusunu yeyin. Bu meyvə liflərlə zəngin olduğu üçün sizi tez bir zamanda tox edəcəkdir.

2. Gavalı qurusu sizi gözəlləşdirər. Gavalı qurusunun tərkibində dəmir, maqnezium, kalium, A, E, C vitamini vardır. Gavalı qurusu hüceyrələrinizin qocalmasının qarşısını alar və dərinizi sağlam saxlayar.

3. Gavalı qurusu xolesterinlə mübarizə aparar. Gün ərzində gavalı qurusu yemək qanda olan xolesterini aşağı salar və tərkibində olan kalium ürəyinizə xidmət edər.

4. Gavalı qurusu sümüklərin dostudur. Tərkibində olan kalium və D vitamini sümüklərinizi qoruyar. Sümük ovulmasının qarşısını alar.

5. Gavalı həzm sisteminin dostudur. Gavalı qurusu liflərlə zəngin olduğu üçün yeməyin rahat həzm olmasına yardım edir. Qəbizliyi aradan aparar.

6. Gavalı enerji verər. Gavalı qurusu qlükoza ilə zəngindir. İmtahan verən şagirdlər üçün çox faydalı qida növüdür. Eyni zamanda bədənə lazım olan şəkəri təmin edər. Bu qlda idmançılar üçün də tövsiyə olunur. Maqneziumla zəngin olduğu üçün enerji verər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.