Yenidoğulmuş uşaq ilk dəfə nə zaman çimizdirilməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mütəxəssislər yenicə anadan olmuş körpələri ilk dəfə çimizdirilmələrinin 48 saata kimi ləngitməyi məsləhət görürlər. Bunun üçün aşağıdakı səbəblər mövcuddur:
Müxtəlif infeksiyalara yoluxma təhlükəsinin aşağı düşməsi. Körpələr verniks adlanan erkən inkişaf vaxtı formalaşmış ağ rəngli dəri hüceyrələrindən ibarət maddə ilə örtülmüş halda doğulurlar. Verniks yayılmış bir çox bakterioloji yoluxmaların qarşısını alan zülal daşıyıcısıdır. Verniksi təbii anti-bakterial bir məlhəm rolunu oynayır. Qısası, körpəniz belə bir mikrob əleyhinə maddəyə bürünmüş şəkildə dünyaya gəlir. B grup streptokok və E coli tipli bakteriyalar doğuş zamanı körpəni yoluxurub pnevmoniya, meningit kimi qan infeksiyalarına səbəb ola bilər və ölümcül nəticələrə gətirə bilər. Bu infeksiyalar nadir deyillər-körpələr gündəlik olaraq bu bakteriyalar üçün müayinədən keçirlər. Verniks isə Yaradanın bu infeksiyalara qarşı təbii müdafiyəsidir. Verniks təbii dəri nəmləndiricisi və qoruyucusudur. Amniotik mayedən hava şəraitinə keçid zamanı körpənin dərisinin qorunmasına ehtiyacı vardır. Çimizdirilmənin ləngidilməsi süni ətirli losyonlara da ehtiyac qoymayacaqdır.
Körpə qanında şəkərin sabitliyi. Körpənin doğuşdan sonra erkən yuyulması qanda şəkərin düşməsinə səbəb ola bilər. Belə ki, doğuşdan bir neçə saat sonra körpə həm qanda şəkərin mənbəyi olan ciftdən ayrılmasına həm də, bətnxarici həyata uyğunlaşmalıdır. İlk günlərdə körpənin çimizdirilməsi ağlamasına, stresə və stres hormonlarının ifrazına səbəb olur. Stres hormonları isə körpənin qanında şəkərin səviyyəsini sala bilər ki, bu da körpənin ifrat yuxulu olmasına və süd əmməməsinə gətirib çıxara bilər. Bu hal isə öz növbəsində qanda şəkərin səviyyəsinin daha da düşməsinə səbəb olur. Nadir hallarda olsa belə, qanda şəkərin səviyyəsinin kəskin düşməsi nevroloji zədələrə yol aça bilər.
Körpənin tənzimlənmiş hərarəti. İlk günlərdə körpənin çimizdirilməsi hipotermiyaya səbəb ola bilər. Ana daxilində 37 dərəcə olduğu halda, bir çox körpələr otaq temperaturu 22 dərəcə olan şəraitlərdə doğulurlar. Doğuşdan sonrakı ilk bir neçə saatda körpə hərarətini tənzimləmək üçün çoxlu enerji sərf edir. Əgər hərarətini çox itirərsə qanda şəkərin düşməsi yaxud başqa fəsadlar ola bilər.
Ana-körpə bağlılığının möhkəmlənməsi. Yeni körpələr anayla dəri-dəriyə sarılmağa ehtiyac duyurlar və ana südü əmmək üçün onlara fürsət verilməlidir. Körpənin sağlamlığının sabit olması və ağırlaşmalar müşahidə olunmadığı halda, körpə anasının qucağında olmalı və bu qiymətli dəqiqələr körpə və ana arasında bağlılığı möhkəmləndimək üçün sərf edilməlidir. Anasının sinəsində bədən-bədənə sarılmış körpələrin qanda şəkər göstəricisi və bədənlərinin hərarət tanzimləmə bacarığı daha yaxşı olur və həmçinin döş əmmək qabiliyyətini daha tez mənimsəyirlər. Dəri-dəriyə kontaktı hətta qeysəriyyə kəsimi əməliyyatından sonra da tətbiq edilir. Körpənin yuyulması isə daha sonraya təxirə salınır.
Uğurlu əmizdirmə. Araşdırmalar göstərir ki analara körpə ilə sinə-sinəyə sarılmaq üçün kifayət qədər vaxt verildikdə və bu zaman müxtəlif tibbi müayinə və körpənin yuyulmasına sərf edilmədikdə əmizdirmə daha uğurlu nəticələr göstərir. Doğuşdan sonra ilk 1 saat (ən yaxşı halda ilk 30 dəqiqə) ərzində əmizdirilən körpələrin döşü düzgün götürmələrində əngəlləri olmur. Çünki ana bətnində ikən körpə daimi ahənglə amniotik mayeni soraraq udur. Doğulanda isə o ağlayır, nəfəs almağa başlayaraq sormağı və udmağı yadırğayır. Dərhal əmizdirməyə başladığınızda isə körpənin vərdişi bərpa olunur. Körpəni sinənizin cildinə təmas üçün qoymaqla, körpə isinəcək, anansının səsini eşidərək rahatlıq tapacaq və döşün giləsini özü taparaq əmməyə başlayacaqdır. Bu kimi vacib məsələlər olan halda körpənin yuyulması kimi ikinci dərəcəli proseduralar gözləyə bilər.
Əlcəkdən istifadə. Xəstəxana işçiləri amniotik maye və qanla təmas etməmək üçün yuyulmamış körpəyə baxım zamanı daim əlcək geyinməli olacaqlar. Bəzi araşdırmalar göstərir ki, əlcəklərin geyilməsi körpələrdə yayılmış müxtəlif virus və digər yoluxmalara qarşı ciddi profilaktikadır.
Valideynlər körpələrini çimizdirmək sevinci yaşayacaq. Ananın səhhəti babatlaşdıqdan sonra, valideynlər asanlıqla körpənin ilk çimizdirilməsində iştirak edə bilərlər. Bu həm də tibb bacısıyla valideyn arasında bir təlim fürsətinə çevrilir. Bir vacib məqam da ondan ibarətdir ki, körpəni ilk ayında çimizdirərkən sadə sudan istifadə etmək kifayətdir. Bunun üçün heç bir sabuna, şampuna və digər gigiyenik vasitələrə ehtiyac yoxdur. Sadə su ilə çimizdirilməsi körpənin gigiyenik vasitələrin tərkibində olan zərərli kimyəvi maddələrlə təmasını azalda bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yeni "dəmir ledi": Yaponiyanın ilk qadın baş naziri necə GEYİNİR? - FOTOlar
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
XƏBƏR LENTİ
-
Yeni "dəmir ledi": Yaponiyanın ilk qadın baş naziri necə GEYİNİR? - FOTOlar
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
"Özüm yetim olsam da, sizi yetim qoymadım"
-
Azərbaycan Milli Konservatoriyasının “Mirasdan müasirliyə” adlı hesabat konserti baş tutdu – FOTO
-
“Mançester Siti” 8-ci dəfə İngiltərə Kubokunu qazanıb





