Maraqlı

Qəbizliyin ƏN UCUZ QƏNİMİ

14 İyul 2018 23:40
0 Şərh     Baxış: 7 681
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qliserin babasil və qəbizlik zamanı xəstəxanalarda hələ sovet dövründən ən ucuz, sərfəli və effektiv şam hesab olunub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, qanamayan babasil və qəbizlikdə qliserin şamı indi də əvəzsizdir.

Qliserin - üçatomlu spirtdir, yığıcı effekti var, rəngsiz, qoxusuzdur. Tez əriyir, yumşaldır, əks təsiri demək olar ki, yoxdur. İlk dəfə təmiz qliserini isveç kimyaçısı Şeel kəşf edib.

Qliserinin təsir mexanizmi: bərkimiş nəcis kütlələrini yumşaldır, peristaltikanı stimulə edir, orqanizmdən zərərli toksinlərin çıxmasına kömək edir. Qliserin şamı ən tezi 15, ən geci 30 dəqiqəyə təsir edir.

Qliserin allergiya vermir, toksiki deyil, qana sovrulmur. Ona görə oturaq iş və passiv həyat tərzi, yüngül qəbizliyi olan insanlara 2 gündən bir istifadə etmək məsləhətdir. Lakin qliserinə çox aludə olmaq olmaz. Əks halda diareya, aritmiya, baş ağrısı yarada bilər.

Qeyd edək ki, qliserin xəstəliyi müalicə etmir. Qliserini səhər yeməkdən sonra istifadə etmək lazımdır. Əsasən 2-3 gün sürən qəbizlikdən sonra tətbiq oluna bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.