Aspir yağı açıq sarı və ya sarının yaşıla çaları rəngində olur. Onu rəngli aspir çiçəyi toxumlarının sıxılması yolu ilə əldə edirlər. Bu çiçək astrakimilər fəsiləsinə aiddir və yayın sonlarında və payızın əvvəlləırində çiçək açır. Bu çiçəyə ən çox Krım, Qafqaz, Misir, İspaniya, Amerika və Afrikada rast gəlinir. Onun çiçəklərindən alınan rəngdən ən çox qida sənayesində karamellərin hazırlanması üçün istifadə edilir. Ən keyfiyyətli aspir yağı soyuq sıxılma vasitə ilə əldə edilmiş aspir yağı hesab edilir. Aspir çiçəyindən iki növ yağ əldə edilir. Birinci növ yağ təmizlənməmiş aspir toxumlarından əldə edilir. Bu yağdan texniki vasitələr üçün istifadə edilir. İkinci növ aspir yağı isə tam təmizlənmiş aspir toxumlarından əldə edilir. Bu yağ kulinariya sənayesində bir çox məqsədlərlə istifadə olunur. Tərkibinin günəbaxan yağının tərkibinə yaxın olduğu üçün güəbaxan yağının istifadə edildiyi bütün sahələrdə aspir yağından istifadə olunur.
Faydalı tərkibi
Milli.Az immunitet.az-a istinadən bildirir ki, aspir yağının əsas tərkibini linolen turşusu təşkil edir.Bu yağın az hissəsi E vitamini, palmit və olein yağından ibarətdir. Bu bitki tərkibli yağın tərkibində K vitamini vardır ki, bu da damar divarlarının möhkəmliyi üçün vacib amillərdən sayılır. Aspir yağının tərkibində skvalen yoxdur.
Müalicəvi və faydalı xüsusiyyətləri
Aspir yağının tərkibi əvəzolunmaz turşular və elementlərlə zəngindir. O dərinin epidermis qatından asan sorulur. Tərkibində olan K vitamini kapilyar damarların möhkəmlənməsinə, kapilyarlarda baş verən qanslzmaların qarşısının alınmasına səbəb olur. Gündəlik qida rasionuna aspir yağı əlavə etmək orqanizmin arıqlamasına, qan damarlarının təmizlənməsinə, ürəyin möhkəmlənməsinə, saçların və dərinin strukturunun sağlamlaşmasına səbəb olur. Aspir yağı şəkərli diabet xəstələrinin artıq çəkidən xilas olmasına səbəb olur. Bu yağdan istifadə etmək onların qanında şəkərin miqdarını normallaşdırır. II tip şəkərli diabet xəstələri 4 ay, gün ərzində 8 qram aspir yağı yedikdə onların qanında şəkərin miqdarı aşağı düşür və orqanizmdə baş verən iltihabi proseslər aradan qalxır. Qədim zamanlarda aspir yağından qan dövranının pozulmaları zamanı istifadə edilib. Bu yağ qan laxtalanmasının azalmasına, qan dövranının yaxşılaşmasına səbəb olur. Aybaşı gecikmələri, travmalar və hamiləliyin planlı surətdə pozulması üçün qədimdə aspir yağından istifadə olunub. Buna görə də hamilələrə aspir yağı yemək qəti qadağan olunur.
Aspir yağı əvəzolunmaz dietik yağlardandır. O orqanizmdə yığılıb qalmış piy toxumalarının əriməsinə səbəb olur. Onun tərkibində olan K vitamini qırmızı qan hüceyrələrinin artmasına səbəb olur. Aspir yağının tərkibində zülallar və karbohidratlar yoxdur. O ən az karbohidratlı yağlardandır. Bu səbəblərinə görə aspir yağı son illərin ən məşhur yağlarındandır. Arıqlamaq istəyənlər qida rasionlarına aspir yağı əlavə etməklə çəkilərini azalda bilərlər. Hər gün az miqdarda aspir yağı yemək orqanizmdə yığılıb qalmış piylərin əriməsinə və çəkinin azalmasına səbəb olur. Aspir dietası ilə qısa zamanda artıq piylərdən xilas olmaq mümkündür.
Kosmetologiyada tətbiqi
Tərkibində olan E vitamini quru dərinin yumşalmasına səbəb olur. Ondan qocalma əleyhinə quru dərilər üçün kremlərin hazırlanmasında istifadə edilir. Aspir yağı dəridəki ölü toxumaların xaric olunmasını sürətləndirir, yeni toxumaların əmələ gəlməsinə səbəb olur. O dərini cavanlaşdırır, dərialtı kapilyarların fəaliyyəıtini artırır, dəridəki piy vəzlərinin fəaliyyətini normsallaşdırır.
Aspir yağından losyonların, kremlərin, şampunların, gün kremlərinin hazırlanmasında geniş istifadə edilir.Tərkibində olan yarımdoymamış turşular saçların kimyəvi rənglənmədən sonra strukturunun bərpa olunmasına səbəb olur.
Aspir yağının zərərli xüsusiyyətləri
Aspir yağının tərkibindəkilər orqanizmə zərər verə bilir. Ondan az miqdarda istifadə etmək lazımdır. Aspir yağından istifadə etdikdə baş hərlənməsi, ürəkbulanma, baş ağrıları və iştahsızlıq meydana çıxa bilər. Çoxlu miqdarda aspir yağı qəbul etmək qarın və döş boşluğunda ağrıların meydana çıxmasına, təngnəfəsliyə, qan azlığına, maddələr mübadiləsinin pozulmasına səbəb olur. Hamiləlik zamanı aspir yağından istifadə etmək məsləhət görülmür. Bu uşaqlığa qan axınının çoxalmasına və uşaqsalmaya səbəb ola bilər.
Milli.Az
Maraqlı
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Aspir yağının faydaları
30 İyun 2018 22:25
0 Şərh
Baxış: 17 280

DİGƏR XƏBƏRLƏR
-
Xosrov azadlığa buraxıldı - VİDEO
-
Mərhum əməkdar artistin qızı - Nənəm və xalam razı olmadılar ki... - VİDEO
-
"Hyundai"inin işçiləri tətil etdi - İş saatları azaldılsın
-
Bu yeməyi soyuducuda 5 gün saxlamaq olar - Açıqlama
-
Damla üzünə həsrət qaldığı oğluna qovuşdu -
-
Bacılardan biri ƏRƏ GEDİR? - evlilik üzüyü ilə FOTO yaydı
XƏBƏR LENTİ
-
Türkiyə Superliqasında heyəti ən bahalı olan klubların siyahısı
-
Xosrov azadlığa buraxıldı - VİDEO
-
Mərhum əməkdar artistin qızı - Nənəm və xalam razı olmadılar ki... - VİDEO
-
Türkiyə millisi 10 nəfərlə Gürcüstana qalib gəldi
-
Tanınmış aparıcı efirə qayıtdı - FOTO
-
“Hacı xanım” məhlədə hamını şantaj edir” - Video
-
Rusiya Federal Vergi Xidməti Hüseyn Həsənovla bağlı qərar verdi
-
Türkan Şoray şəxsi həyatı ilə bağlı şok faktı öz kitabında etiraf etdi - "Mən də..."
-
Əfqanıstanda güclü zəlzələ oldu
-
"Hyundai"inin işçiləri tətil etdi - İş saatları azaldılsın
-
Vəfa Şərifovanı təhqir edən qadın məhkum olundu
-
5 min nəfərlik kənd uzun illərdir susuz qalıb
-
Rəşad Xalq artisti olan xalası və qızı ilə - FOTOlar
-
Bu yeməyi soyuducuda 5 gün saxlamaq olar - Açıqlama
-
Rusiya qəzaya uğrayan təyyarəyə görə kompensasiya ÖDƏYİB
-
Putindən Peskova: "Tənbəl" işləmək istəmir
-
Qızılı görün necə gizlədib qaçmaq istəyirdi
-
Madat Babayan xüsusi qəddarlığı ilə seçilən Ermənistan silahlı qüvvələrinin bəzi hərbçilərinin adlarını açıqlayıb - məhkəmə -FOTO
-
Bakıda toy yasa döndü - oğlan faciəvi şəkildə öldü
-
Baləlinin Rəşad Dağlı ilə həbsxanadan görüntüsü yayıldı - FOTO
-
Neymara bir milyon dollarlıq miras qoydu - FOTO
-
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB
-
Sabah bu ərazilərdə qaz kəsiləcək - YENİLƏNİB
-
Damla üzünə həsrət qaldığı oğluna qovuşdu -