Maraqlı

Balıqqulağı ilə hazırlanan möhtəşəm ev əşyaları - FOTO

20 İyun 2018 07:21
0 Şərh     Baxış: 3 974
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yay aylarında dənizə gedənlər sahildəki balıqqulaqlarına biganə qala bilmirlər. Rəngarəng və müxtəlif formalardakı balıqqulaqları gözəlliyi ilə hamının nəzərini cəlb edir.

Bəs balıqqulaqlarından eviniz üçün sevimli və dəbli əşyalar və bəzəklər hazırlaya biləcəyinizdən xəbəriniz var?

Milli.Az bir neçə nümunə təqdim edir:

Balıqqulaqlarını ucu qızdırılmış şiş bir alətlə deşin. Şəffaf dırnaq boyası çəkib qurumasını gözləyin. Daha sonra ipə düzün. Aralarına düyüm atmağı unutmayın. Beləliklə balkonunuza çox yaraşacaq aksessuar əldə etmiş olacaqsınız.

Adi mətbəx əşyalarını balıqqulağı ilə bəzəyə bilərsiniz. Məsələn, forması qəşəng olan şüşələrin ağzını balıqqulağı ilə bəzəyə bilərsiniz.

Ən sevdiyiniz balıqqulaqlarını toplayıb şəkil çərçəvəsini bəzəyə bilərsiniz.

Balıqqulaqlarına kiçik bitkilər əkə bilərsiniz. Balıqqulağının tərkibindəki minerallar bitkilər üçün faydalıdır.

Balıqqulağından sevimli aksessuarlar hazırlaya bilərsiniz. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.