Günəbaxan haqqında bilmədikləriniz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Günəbaxan birillik ot bitkisidir. O, 3 metr hündürlüyə qədər düz qalxa bilir. Onun yarpaqları orta ölçüdə, oval şəkildə, 40 sm ölçüdə, xırda tükcüklərlə örtülmüş olur. Günəbaxan çiçəklərin diametri 30-50 sm ölçüdə olur və həmişə üzü günəşə tərəf baxır. Çiçəklərinin orta hissəsi toxumlarla dolu olur. Bir çiçəyin içərisində 500-3000 ədədə qədər toxum ola bilir. Günəbaxan avqust ayında çiçəkləyir. Günəbaxan toxumları asan sıxıla bilən, 8-15 mm uzunluğa və 4-8 mm enə malik olur. Onun ölçüləri növündən asılı olaraq dəyişə bilir. Günəbaxanın tumları növündən asılı olaraq ağ, boz, qara və zolaqlı ola bilir. Tumların daxili zərif təbəqə ilə örtülür və içərisində ləpə olur. Günəbaxanın vətəni Şimali Amerikadır. Bu bitki 2000 il əvvəllər hindular tərəfindən yetişdirilməyə başlanmışdır. Avropa ölkələrinə bu bitki XVI əsrdə gətirilib və oradan bütün dünyaya yayılıb. XVI əsrdə ispanlar günəbaxanı botaniki bağlarda yertişdiriblər. Rusiyada günəbaxanın yetişdirilməsi I Pyotr dövründən başlanıb. O ilk dəfə bu bitkini Hollandiyada görüb və öz ölkəsinə gətirib, yetişdirilməsinə əmr verib.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, günəbaxanın yarpaqlarında və çiçəklərində kumarin qlikozidi, skopolin, flavonidlər, triterpenov salonidi, karotinoidlər, antosianlar, fenolkarbon turşusu var. Günəbaxan təkliyin, düzgün verilmiş hökmün, çiçəklənmənin və günəş işığının simvolu hesab edilir. Bəzi ölkələrdə günəbaxan sülhün simvolu kimi qəbul edilir. Günəbaxanı yığarkən onun başlıq - sarı hissəsini toplayırlar. Bu bitki məhsuldar bitki hesab edilir. Onun bir kolundan bir-neçə günəbaxan başlığı əldə etmək mümkün olur.
Günəbaxanın faydalı və müalicəvi xüsusiyyətləri
Günəbaxan tumlarından günəbaxan yağı alınır, onun tullantılarından isə heyvanlar üçün yem hazırlanır. Onun təzə ləçəklərinin dəmləməsindən iştahanı artıqmaq üçün istifadə edilir. Onun kiçik diləbənzər ləçəklərindən isə qızdırmasalıcı kimi istifadə olunur.
Günəbaxan tumunun tərkibində linolen və digər çoxlu doymamış yağlar, aminturşular, E vitamini, maqnium var.
Günəbaxan yağından kulinariyada, tibbdə və kosmetotlogiyada istifadə edilir. Bu yağı daxil qəbul elədikdə bağırsaqların yumşalmasına, təmizlənməsinə səbəb olur. Oynaq ağrıları zamanı günəbaxan yağı ilə kompres qoyulduqda ağrılar azalır. Bronxitlər, öskürək vaxtı da ağciyər nahiyəsinə isidilmiş günəbaxan yağı ilə kompres qoyduqda öskürək azalır. Bronxit, malyariya və allergiya xəstəlikləri zamanı təzə günəbaxan tumu yemək xəstəliyin əlamətlərini aradan qaldırır. Günəbaxan balverən bitkidir. Arılar onun tozlanmasına, o isə arıların şirə ilə doymasına səbəb olur. Günəbaxana yaxşı aqrotexniki qulluq edildikdə onun bal vermə xüsusiyyəti daha da artır. Ondan alınan balın rəngi qızılı, zəif miqdarda isə yaşıla çalır.
Zərərli və təhlükəli xüsusiyyətləri
Günəbaxan tumları nadir hallarda allergiyaya səbəb ola bilir. Belə hal baş verdikdə isə mütləq həkimə müraciət etmək lazımdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"El-Klasiko"dan əvvəl "Real Madrid" azarkeşləri üçün şad XƏBƏR
-
Mayda bu BÜRCÜLƏRİN mütləq bəxti gətirəcək
-
İlhame Quliyevanı parodiya etdi - VİDEO
-
"Ərə gedəcəyim şəxs birinci itlərimi SEVMƏLİDİR"
-
Bu vitaminləri ehtiyacınız yoxdursa, içməyin - XƏBƏRDARLIQ
-
Əməkdar artistin arxiv görüntüsü YAYILDI - VİDEO
XƏBƏR LENTİ
-
Daha bir gəmidə virus aşkarlandı - 115 yoluxma
-
Pentaqon UFO-larla bağlı məxfi sənədləri ictimaiyyətə açıqladı
-
Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı
-
Piyadanı təyyarə vurdu - FOTO
-
"El-Klasiko"dan əvvəl "Real Madrid" azarkeşləri üçün şad XƏBƏR
-
Başına dəhrə sancılan kişi təcili yardımda saatlarla telefonla oynadı
-
Mayda bu BÜRCÜLƏRİN mütləq bəxti gətirəcək
-
Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub - FOTO
-
İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar - FOTO
-
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər - FOTO
-
Bu vərdişlər infarkt riskini ARTIRIR
-
Zaqatalada iş adamını güllələyən SAXLANILDI - Yenilənib - FOTO
-
İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndində fərdi evlərdə yaradılmış şəraitlə tanış olublar - FOTO
-
“Sağlığında sahə həkiminin qəbuluna düşməyibsə, ölüm kağızı almaq olmur” - Rəsmi AÇIQLAMA
-
Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak edib - FOTO
-
"Ölüm zonası"nda hərbçiləri robotlar əvəzləyəcək: 25.000 yerüstü....
-
İlhame Quliyevanı parodiya etdi - VİDEO
-
"Ərə gedəcəyim şəxs birinci itlərimi SEVMƏLİDİR"
-
İçi pulla dolu ödəmə terminalları oğurlandı - FOTO
-
Bu vitaminləri ehtiyacınız yoxdursa, içməyin - XƏBƏRDARLIQ
-
Əməkdar artistin arxiv görüntüsü YAYILDI - VİDEO
-
Çində ağaclara sistem qoşulur - VİDEO
-
Türk məşhur kirayə yaşadığı evdən ÇIXARILDI - FOTO
-
Qurban Qurbanovun biznes "İMPERİYASI": Görün nələri var...





