Qazlı su təbii qaynaqlardan çıxan və ya karbon-2 oksidlə qazlandırılan sudur. Bu suyu saxlama müddətindən asılı olaraq qazlandırırlar. Tərkibinin karbonlaşdırıldığına görə bu su mikroblardan təımizlənir, sonra xüsusi texnologiyalar vasitəsilə qazlandırılır. Tərkibində olan qazın miqdarına görə qazlı suyun bir neçə növü var:
* zəif miqdarda qazlandırılmış su(0,2-0,3%)
* orta miqdarda qazlandırılmış su(0,3-0,4%)
* çox miqdarda qazlandırılmış su(0,4% və daha çox miqdarda)
Milli.Az immunitet.az-a istinadən bildirir ki, qazlı suyu soyuq halda içmək lazımdır. Təbiətdə qazlı suya nadir hallarda rast gəlinir. Adətən suların tərkibində olan müalicəvi karbon turşusu bir litrdə 10 qramdan artıq olmur. Bu miqdarda qazın olması suyun tərkibində mineralların miqdarının qorunub saxlanmasına səbəb olur. Bu cür suyu uzun müddət saxladıqda tərkibini dəyişib xarab olmur. Bu cür suyu həkimin məsləhəti ilə içmək lazımdır.
Suyun qazlandırılması iki üsulla həyata keçirilir.
* Mexaniki üsulla qazlandırıldıqda su sifonla yüksək təzyiqlə qazlandırılır.
* Kimyəvi üsulla qazlandırıldıqda su turşu və qida sodası ilə qazlandırılır.
Dünyanın bir çox ölkələrində suyun qazlandırılması və satışı ilə məşğul olan zavodlar var. Şüşələrin üzərindəki etiketdə suyun karbon 2 oksidlə konservantlaşması barədə məlumat qeyd edilir. Bu zaman etiketin üzərində E 290 yazılır.
Qazlı suyun faydalı xüsusiyyətləri
Soyuq qazlı su susuzluğu aradan qaldırır. Qazlı su orqanizmdə turşuluğun miqdarının azalmasına, mədə şirəsinin ifrazının azalmasına səbəb olur. Ən yaxşı qazlı su təbii yolla qaynaqlardan çıxan su hesab olunur. Bu suyun tərkibində mineralların və turşuluğun miqdarı balanslaşdırılmış olur. Bu suyun tərkibində pH 5,5-6,5 arasında dəyişə bilir. Təbii qazlı su hüceyrə toxumalarını tamamilə qidalandırır, molekulları neytrallaşdırır, qan plazmasının təmizlənməsinə səbəb olur. Təbii qazlı suyun tərkibində olan natrium fermentlərin mübadiləsini sürətləndirir, orqanizmin turşu-öd balansının normallaşmasına səbəb olur, əzələləri tonuslandırır. Təbii qazlı suda olan kalsium və maqnium sümüklərin və dişlərin möhkəmlənməsinə səbəb olur, əzələlərin fiziki yükə qarşı olan möhkəmliyini artırır.
Qazlı mineral su ürək-damar, əsəb, sinir və limfa sisteminin işini normallaşdırır, hemoqlobini artırır, iştahanı yaxşılaşdırır və həzmi sürətləndirir. Bitki tərkibli qazlı sular(tərxun, düşes, baykal və s.) orqanizm üçün daha çox faydalıdır. Müalicəvi bitki tərkibli qazlı sular əsəb sistemini sakitləşdirir, yorğunluğu aradan qaldırır, əzələləri tonuslandırır. Limon tərkibli qazlı su orqanizmin C vitamini ilə təmin edir.
Armud tərkibli qazlı düşes susuzluğu aradan qaldırır, orqanizmə antiseptik təsir edir, sidikqovucu xüsusiyyətə malikdir.
Qazlı suyun zərərli xüsusiyyətləri
Mədə-bağırsaq xəstəlikləri, turşuluğun miqdarının çox və iltihabi proseslər zamanı qazlı sudan istifadə etmək məsləhət görülmür.
Həddindən çox qazlı sudan istifadə eləmək piylənməyə, şəkərli diabetin əmələ gəlməsinə səbəb ola bilir. 3 yaşına qədər uşaqlara qazlı su içmək məsləhət görülmür.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qazlı su haqqında
2 İyun 2018 22:10
0 Şərh
Baxış: 4 980

DİGƏR XƏBƏRLƏR
-
Xaricdən avtomobil sifariş verərkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır? - VİDEO
-
Bu həftənin uğurlu bürcləri - Qəfil bir təklif qapınızı döyə bilər
-
"Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
-
Sirli qaçan dinozavr Yura dövrünün başqa bir sirrini açdı
-
Dondurma kökəldirmi? - Mütəxəssislərdən xəbərdarlıq
-
Göydən pul yağdı - insanlar onu tutmaq üçün yarışa girdi - VİDEO
XƏBƏR LENTİ
-
Xaricdən avtomobil sifariş verərkən aldanmamaq üçün nələrə diqqət etmək lazımdır? - VİDEO
-
Bu həftənin uğurlu bürcləri - Qəfil bir təklif qapınızı döyə bilər
-
"Niyə yaslarda bunları stola qoyurlar?" - VİDEO
-
Bu meyvə virusun düşmənidir, mədənin isə...
-
İnsan beyni mühitdə hərəkəti süni intellektdən daha yaxşı qavrayır - TƏDQİQAT
-
Cavan dəriyə sahib olmağın sirri
-
Sirli qaçan dinozavr Yura dövrünün başqa bir sirrini açdı
-
Çinlilərin zəka artıran səhər YEMƏYİ - Sirri bu imiş...
-
Dondurma kökəldirmi? - Mütəxəssislərdən xəbərdarlıq
-
Türkiyədə zəlzələ oldu
-
Göydən pul yağdı - insanlar onu tutmaq üçün yarışa girdi - VİDEO
-
Kadırovun oğlunun toyuna bu tanınmışlar gəlib
-
Bu gündən qadınların pensiya yaşı artırılır
-
Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir
-
Namiq Qaraçuxurlu: Qızım müğənni olmaq istəsə, etiraz etmərəm
-
Bu gündən Azərbaycanda sosial müavinətlər artırılır
-
Sevil Mikayılova Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) 136 illiyi münasibətilə keçirilən tədbirdə çıxış edib - VİDEO
-
Günün qoroskopu: dostlarla görüş sizi ruhlandıracaq
-
Həyat yoldaşının ad gününü villasında qeyd etdi - VİDEO
-
Ərdoğan: NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
-
"Hər şeyimi itirdim, məndən nə istəyirsiniz?" - VİDEO
-
Qurban Qurbanovdan transfer açıqlaması - O, da “Qarabağ”a gəlir? - yenilənib
-
Bakının mərkəzindəki binada tavan çöküb - VİDEO
-
Sevil Mikayılova Yunanıstanda keçirilən Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) 296-cı sessiyasında iştirak edib - FOTO