Maraqlı

"Alyonka"nın balaca qəhrəmanı 53 il sonra - FOTO

23 May 2018 07:14
9 Şərh     Baxış: 14 078
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1965-ci ildə ilk dəfə satışa çıxarılan və hələ də satılan "Alyonka" (Аленка) şokoladının üzərindəki balaca qız haqda xəbər var.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 53 il bundan əvvəl 8 aylıq olan Yelena Gerinas hazırda İsraildə yaşayır.

Yelena verilişlərdən birində verdiyi açıqlamada bildirib ki, şokoladın üzərindəki şəkli atası - fotoqraf Aleksandr Gerinas çəkib. Foto o qədər uğurlu alınıb ki, onu hələ 1962-ci ildə "Zdorovye" (Здоровье) jurnalının ilk nömrəsinin üz qabığına vurublar. 1964-cü ildə isə Aleksandr bu şəkli "Krasnıy Oktyabr" (Красный Октябрь) şokolad fabrikinin keçirdiyi müsabiqəyə göndərib və qalib olub. 

Yelenanın gözləri qəhvəyi, sifətinin forması isə bir az başqa olub. Şokolad kağızlarında gördüyümüz rəsmi isə bu foto əsasında rəssam Nikolay Maslov işləyib.

Gerinas böyüdükdən sonra həmin fotosuna görə bir qəpik də qonorar almayıb. Lakin 2000-ci ildə bu məsələ ilə bağlı "Krasnıy Oktyabr" şirkətinə qarşı məhkəməyə müraciət etsə də, uduzub.

Yelena özü tibb işçisidir. Uzun illərdir əczaçılıqla məşğuldur. Ailəlidir, iki övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.