Maraqlı

Yerin orbitinin kritik yerdəyişməsi sübuta yetirildi

11 May 2018 22:10
0 Şərh     Baxış: 1 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yupiter və Veneranın qravitasiya təsiri səbəbindən hər 405 min ildə Yerin orbiti uzanır. Bu isə iqlim dəyişikliyinə, həyatın inkişafına və kütləvi məhvlərə gətirib-çıxarır. 

Milli.Az oxu.az-a istinadən bildirir ki, Ratqersk Universitetindən Denis Kentin rəhbərlik etdiyi alimlər qrupu bu nəticəyə gəlib. 

Bununla yanaşı, nəzəri modelləşdirmə nəticələri son 50 milyon il ərzində etibarlıdır. 

Araşdırmaçılar Nyu Cersi ştatındakı Nyuark körfəzini və Arizona ştatında "Chinle Formation"da çöküntü süxurlarını təhlil edərkən Yer kürəsinin maqnit sahəsindəki dəyişikliklərlə bağlı daha geniş informasiyalar əldə ediblər. 

Onlar 202-253 milyon illik tarixə malik olan kernlər aşkar ediblər. Kernlərin daxilində planetin maqnit sahəsinin vəziyyətini qiymətləndirməyə imkan verən kristallar var. 

Əldə olunmuş nəticələr Yer kürəsinidə bir çox canlıların məhvi ilə nəticələnən hadisələrin dəqiq tarixini müəyyən etməyə imkan verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.