Forel balığı qızılbalıqkimilər sinfinə aiddir. Onun bədəni uzun, yanlardan yastı və dərisi isə az miqdarda pulcuqlarla örtülmüş olur. Forel balığını digər balıqlardan fərqləndirən onun gözəl xarici görünüşə malik olmasıdır. Forel balığının qarışıq rənglərə malik dərisi, yastı kürəyi və kiçik başı var. Onu ağzı çoxlu sayda dişlərlə doludur. Adətən forel balığının uzunluğu 40-50 sm, çəkisi isə 1 kiloqrama qədər olur. Forel balığı çayda, gölməçələrdə, dənizdə yaşayan balıqlardandır. O soyuq sularda yaşamağı sevən bir balıqdır. Forel balığı bol oksigenli, sərt və daha çox sığınacağı olan yerlərdə yaşamağı sevir. Forel balığı su altında olan dərinlikləri, daşların arasını çox sevir. Forel balığı quyruğunun yanında olan çökəklikdə çoxlu miqdarda kürü toplayır. Onlar kürünü mayalandıqdan dərhal sonra tökürlər. 6 həftə sonra isə bu kürülərdən kiçik forel balıqları əmələ gəlir və böyüməyə başlayırlar. Forel balığının əti onun qidalanmasından asılı olaraq ağ, sarı və çəhrayı rəngdə olur. Forelin əti A, D, B12 vitaminləri ilə zəngindir. Bu balığın əti çox yağlı və çox dadlı olur. Forel əti alarkən onun qoxumamasına diqqət yetirmək lazımdır. Təzə forel əti elastik və bir az bərk olur.
Forel ətinin faydalı xüsusiyyətləri
Milli.Az immunitet.az-a istinadən bildirir ki, forel əti yemək orqanizmdə xolesterinin miqdarının azalmasına, beyin fəaliyyətinin artmasına, sinirlərin və arteriyaların möhkəmlənməsinə səbəb olur. Ürəyin işemik xəstəlikləri, Alsheymer zamanı, B6 vitamini çatışmazlığında forel əti yemək çox faydalıdır. Forel ətində olanlar hamiləlik və uşaqəmizdirmə dövründə, menopauza zamanı çox faydalıdır.
Forel əti yemək xərçəng xəstəliyinin əmələ gəlmə riskini aradan qaldırır, maddələr mübadiləsini yaxşılaşdırır. Uzun müddət davamlı olaraq forel əti yemək sonsuzluğun aradan qalxmasına səbəb olur. Onun tərkibində olan selenin miqdarı spermatozoidlərin sürətinin və keyfiyyətinin artmasına səbəb olur. Selenin antioksidant xüsusiyyəti orqanizmi sərbəst radikallara qarşı qoruyur. Forel balığının tərkibi B1, B2, B6, B12, A, E, D, PP, D vitaminləri, maqnezium, fosfor, fol turşusu ilə çox zəngindir. Onun tərkibində olanlar qanın laxtalanmasının qarşısını alır, trombların əmələ gəlməsinin qarşısını alır, immuniteti artırır,qara ciyərin, sinir sisteminin, həzm sisteminin normallşmasına səbəb olur.
100 qram forel ətində 10mq A, 32mq D, 5mq B12, 2,7 mq E, 0,21 mq riboflavin, 5,2 mq nikotin turşusu, 2 mq pantoten turşusu, 0,7 mq pridoksin var. Forel əti aminturşuları, asparaqin, qlütamin turşusu, alanin, valin, leysin, fenilanilin, lizin, qistidin, arqininlə zəngindir. Forel ətində natrium, kalium, kalsium, maqnium, fosfor mineralları və omeqa3, omeqa6 yağ turşuları var.
Forel balığının zərərli xüsusiyyətləri
Tərkibində faydalı maddələrin çox olmasına baxmayaraq forel orqanizm üçün zərərli ola bilir. Forel balığının bəzi növlərini yemək hamilə və uşaqəmizdirən qadınlara məsləhət görülmür. Buna səbəb isə onların tərkibində civənin olmasıdır. Civənin çox olması ana bətnidəki uşağın ölümünmə səbəb ola bilir. Forel balığı yağlı balıq olduğuna görə qaraciyər və mədə-bağırsaq yarası xəstəliklərindən əziyyət çəkənlərə forel balığı yeyərkən diqqətli olmaq məsləhət görülür.Dieta saxlayanlara forel balığı yemək tövsiyə edilmir.
Artıq çəkidən zəiyyət çəkənlər forel balığı yeyərkən onun miqdarına nəzarət etməlidirlər. Ürəyin işemik xəstəliklərindən, hipertoniyadan və ateresoklerozdan əziyyət çəkənlərə forel kürüsü yemək məsləhət görülmür.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Forel balığının faydaları
5 May 2018 20:05
0 Şərh
Baxış: 5 692

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi
-
"Onları efirə kloun kimi çağırırlar"
-
"Zelenski yanlış istiqamətə gedir"
-
Dünya nəhəngindən ŞOK QƏRAR - İşçilər kütləvi ixtisar olunur
-
Onlayn kredit dələduzluğu: bu yolla xilas ola bilərsiniz - VİDEO
-
Dağda bitir , kilosu 400 manatdır - FOTO
-
Uşaqlar üçün təhlükə - Pediatrdan VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ
-
Ayaqqabısız idman təhlükəlidir? - Podoloqlardan XƏBƏRDARLIQ
-
Ən hiyləgər bürclər - Onların sözünə güvənmək olmaz
-
Kanola yağı haqqında gözlənilməz həqiqətlər - DİQQƏTLİ OLUN!
-
“CapCut”a rəqib gəlir - Daha çox peşəkardır
-
Ərdoğan AFAD Böhran Mərkəzinə getdi
-
“Zelenskinin istefası Rusiyanın tələbi deyil”
-
Arda Gülerdən fantastik qol - VİDEO
-
Günün qoroskopu: Daxili dincliklə hərəkət edin
-
Zəlzələni hiss edən kimi oğlunun yanına qaçdı - VİDEO
-
Azərbaycanda satılan bu yağlarda bakteriya aşkarlandı
-
Bu kommunal xidmətin qiyməti dəyişir
-
Samir Abasov üzr istədi
-
Trampdan Zelenskiyə: "Ya sülh, ya da daha üç il müharibə"
-
Bakıda dəhşətli qəza: Həlak olanlar və çox sayda yaralılar var - yenilənib
-
Azərbaycanda qadın boşqabla ərinin başını yardı
-
Cennifer Lopezin Ərəbistan konserti ölkəni qarışdırdı - FOTO
-
Daha bir kosmetoloqdan şikayət - “Ayağımdan irin axır” - VİDEO