Maraqlı

"Tesla"da böhran: Şirkət 15 milyard, Mask isə 3 milyard $ itirdi

31 Mart 2018 08:45
0 Şərh     Baxış: 1 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Tesla" şirkətinin bazar dəyəri ay ərzində 14,65 milyard dollar miqdarında aşağı düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, səbəb "Tesla" elektromobilinin qəza törətməsi və şirkətdə nağd maliyyə vəsaiti çatışmazlığının olması barədə investorların narahatlığından qaynaqlanır.

Martın əvvəlindən bu yana "Tesla"nın səhmləri 25% ucuzlaşıb. Nəticədə onun bazar dəyəri 57,949 milyard dollardan 43,296 milyarda enib. Hazırda şirkətin 168,919 milyard ədəd səhmi dövriyyədədir. 19,9% səhmə malik olan "Tesla"nın yaradıcısı və baş direktoru Elon Mask təxminən 3 milyard dollar itirib.

"Moody's" reytinq agentliyi vəziyyətlə əlaqədar "Tesla"nın korporativ borcluluq reytinqini B2-dən B3-ə salıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.