Maraqlı

Simsiz diş sensoru qidanı "araşdıracaq"

29 Mart 2018 08:01
0 Şərh     Baxış: 1 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tafts Universitetində (ABŞ) çalışan mühəndislər qrupu tərəfindən hazırlanmış dişə bərkidilə bilən yığcam simsiz sensor qidanın kimyəvi tərkibini müəyyənləşdirmək qabiliyyətinə malikdir. Qurğunun enerji ilə doldurulması və məlumatların ötürülməsi üçün ona passiv antenna quraşdırılıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, qidanın istehlakının izlənilməsi onun orqanizmə təsirini araşdırmağa və hətta bəzi xəstəliklərə diaqnoz qoymağa imkan verir.
 
Mühəndislər sözügedən sensorun prototiplərini laboratoriya şəraitində sınaqdan keçiriblər: sınaqlar zamanı sensorlar distillə edilmiş su, etil spirti məhlulu daxil olmaqla, müxtəlif mayelərin içərisinə yerləşdirilib. Bundan başqa, sensorlar, həmçinin onları öz dişlərinə bərkitmiş könüllülər üzərində uğurla sınaqdan keçirilib.
 
Qeyd edək ki, belə sensorlar gələcəkdə tibb sahəsində tətbiq oluna bilər, amma hələ ki, sözügedən texnologiyanın bazara çıxarılma müddəti haqda məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.