Maraqlı

Gələn ildən xəz dəri satışı QADAĞAN OLUNACAQ

28 Mart 2018 08:19
2 Şərh     Baxış: 4 485
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Gələn ildən ABŞ-ın ən böyük şəhərlərindən olan San-Fransiskoda xəz dəri satışı qadağan olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə qərar şəhərin müşahidə şurasının üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Qərar heyvanların müdafiəsi təşkilatının fəallarının təşəbbüsü ilə müzakirəyə çıxarılmışdı. Fəalların sözlərinə görə, hər il xəz dəriyə görə dünyada 50 mindən çox heyvan öldürülür.

Yeni qaydalara görə, xəz dəri ticarətçiləri 2020-ci il yanvarın 1-nə qədər ehtiyatda olan xəz dəri məhsullarını, o cümlədən paltoları və əlcəkləri satıb qurtarmalıdırlar. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.