Gündəlik həyatımızda, sosial şəbəkələrdə və kompüter oyunlarında qarşımıza ingilis dilində olan bəzi sözlər çıxır ki, onların mənasını başa düşməkdə çətinlik çəkirik.
Milli.Az moneta.az-a istinadən internetdə qarşımıza çıxma ehtimalı yüksək olan ən populyar 17 qısaldılmış ingilis sözlərini təqdim edir.
1) LOL (laugh out loud): "yüksək səslə gülmək"
2) ASAP (as soon as possible): "ən qısa müddətdə"
3) GR8: "möhtəşəm" anlamı daşıyan "great" sözünə bənzəyən qısaltma. (4ever: forever kimi)
4) ROFL (rolling on the floor laughing): "gülməkdən yerdəyəm"
5) BTW (by the way): "yeri gəlmişkən"
6) GTG / G2G (Got To Go): "getməliyəm"
7) TTYL (Talk To You Later): "sonra danışarıq"
8) BRB (be right back): "tezliklə qayıdacam"
9) ASL? (age, sex, location?): "yaş, cinsiyyət, haralısan?"
10) FYI (for your information): "informasiyanız üçün" anlamına gələn bu qısaltma söz əsasən işlə bağlı e-mail-lərdə istifadə olunur.
11) YW (you are welcome): "buyurun"
12) AKA (Also Known As): Əsasən rep musiqisində tez-tez istifadə edilən bu qısaltma "digər adı" anlamına gəlir.
13) XOXO (Hugs And Kisses): "Sevgilər ve Öpücüklər"
14) TBT (Throwback Thursday): Əsasən İnstaqramda #tbt şəklində gördüyümüz bu qısaltma "Heyf ötən günlər"
15) TBH (to be honest): "düzünə qalsa"
16) AFK (away from the keyboard): "klaviaturadan uzaqda olmaq" anlamına gələn ve kompüter arxasında olmadığını ifadə edən qısaltmadır.
17) DIY (do it yourself): "özün et"
Milli.Az