Maraqlı

Qadınlar niyə kişilər kimi rəqs etmək istəyirlər? - AÇIQLAMA - VİDEO - FOTO

16 Yanvar 2018 14:28
13 Şərh     Baxış: 6 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oynamaq, rəqs etmək toy məclisləri, el şənliklərini əyləncəli və baxımlı edən əsas amillərdən biridir. Təəssüf ki, musiqi altında edilən hər hərəkəti də rəqs adlandırmaq olmaz. Bəzən bu, yalnız fiziki əzələ oynatmalarından ibarət olur. Əvvəllər sərt texniki-dinamik hərəkətli rəqsləri yalnız kişilər edirdilərsə, son illərdə qadınlar da bu məsələdə kişilərdən heç də geri qalmırlar.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" verilişində qadınların kişilər kimi oynamaları haqda maraqlı reportaj yayımlanıb.

Yeniyetmə və gənc qızlar arasında şıdırğı rəqsi ilə meydanı boş qoymayanlar kifayət qədərdir. Qadınların bu cür kişi hərəkətləri ilə rəqs etmələri həm xoşagəlməz görüntünün ortaya çıxmasına səbəb olur, həm də Azərbaycan qadınına xas olan bəzi cəhətləri, incəlikləri gözdən salır. Cəmiyyət tərəfindən də bu hal müsbət qarşılanmır.

Sakin : Oğlanın oğlan, qızın da qız oyunu olar.

Sakin: Qız incədir. Ona incə oynamaq yaraşır. 

Ayaqyalın, üstəlik uyğunsuz hesab ediləcək geyimdə edilən rəqs nümunələri hətta estetik zövqümüzü də korlayır. Bu cür rəqs edənlərin sayının artması rəqslə məşğul olan peşəkarları da narahat edir. 

Xumar Əsədova - rəqs müəllimi : "Bu mövzu məni də çox narahat edirdi. Valideynlər özləri xahiş edirlər. Uşaqların özlərinin də marağı var. Əslində, düzgün deyil. Qadının qadın rəqsi var".

Səriyyə Həzrətova - rəqs müəllimi : "10 il bundan qabağ "Vağzalı" istəyirdilər, indi ritm istəyirlər. 80-90% valideynlərin təsiri var".

Çingiz Novruzəliyev - rəqs müəllimi : "Rəqsə gələn uşaq kimdənsə görür, bəyənir. O da istəyir ki, o cür oynasın".

Milli folklorumuzda qadın və kişi rəqsləri hərəkət elementlərinə görə fərqlənir. Azərbaycan qadın rəqs elmentlərininin əsasını ayaqların düz hərəkəti, bütün diqqətin əl və çiyinlərə yönəlməsi, başın və üzün hərəkəti təşkil edir. Qadın rəqslərindən fərqli olaraq, kişi rəqslərində ayaqların hərəkət texnikası böyük rol oynayır. Lakin zaman keçdikcə qızların oğlan rəqsinə marağının artması milli rəqslərimizin əsrlərdən bəri formalaşmış xarakterik xüsusiyyətlərini, gələcək taleyini də sual altında qoyur. 

İndi rəqs edənlərdə isə emosiya həddindən artıq çoxdur. Rəqs incəsənətdir. İncəsənət isə mədəniyyət. Bu baxımdan istər toyda, istər də səhnədə mədəniyyətin bir parçası olan rəqsləri layiqincə təbliğ etməliyik.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qadınlar niyə kişilər kimi rəqs etmək istəyir? - AÇIQLAMA

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.