Maraqlı

Onur ilk dəfə Tuba ilə bağlı açıqlama verdi

10 Yanvar 2018 23:14
0 Şərh     Baxış: 3 163
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Aktyor Onur Saylak rejissoru olduğu "Daha" filminin təqdimatını edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, gecədə sənət aləminin tanınmış simaları iştirak ediblər. Onur filmdə çəkilsə də, təqdimata gəlməyən keçmiş arvadı Tuba Büyüküstünlə bağlı sualları da cavablandırıb. O, Tubanın gecəyə gəlməməsi haqda "Vaxtı olan bütün aktyor və aktrisalar buradadır", - deyə münasibət bildirib. Büyüküstünün filmin tanıtım çarxından və afişasından çıxarılması iddiası ilə bağlı isə Onur bunları deyib:

"Filmin afişası əvvəlcədən müəyyən edilmişdi. Afişdən çıxarılma halı olmayıb. Fraqmentdən çıxarılması da doğru xəbər deyil". 

Qeyd edək ki, Tuba Büyüküstün ötən il iş adamı Umut Evirgenlə eşq yaşamağa başlamış və bu səbəbdən Onur Saylakdan boşanmaq qərarına gəlmişdi. Cütlüyün Maya və Toprak adlı əkiz qızları var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.