Maraqlı

Halal ətin dünyada ən böyük istehsalçısı xristian ölkəsiymiş

19 Dekabr 2017 22:55
1 Şərh     Baxış: 2 455
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müsəlman qaydaları ilə kəsilmiş ətin dünyada ən böyük istehsalçısı Braziliyadır.

2015-ci ildə Braziliyanın xaricə satdığı ətin dörddə biri müsəlman ölkələrinə - Şimali Afrika və Yaxın Şərq ölkələrinə gedib. Bu ətin dəyəri 1,4 milyard dollar olub.

Braziliyada halal ətə sertifikat verən 3 təşkilat var. Onların ən böyüyü "Fambras" - Braziliyanın Müsəlman Assosiasiyaları Federasiyasıdır. 1979-cu ildə yaradılan bu təşkilatda ölkə boyu 48 müsəlman icması və məscidi təmsil olunur.Fambrasla sıx işbirliyində olan Braziliyanın Halal Ət Mərkəzində 680 nəfər işləyir. Onların 500-ü ölkənin müxtəlif bölgələrindəki sallaqxanalardadır.

Hazırda Braziliyada 300-cən halal sertifikatlı şirkət var. Onların çoxu mal, qoyun, toyuq əti istehsal edən müəssisələrdir. Amma halal kosmetika, dərman istehsal edən şirkətlərin də sayı artır. Artıq Braziliya Körfəz ölkələrinə dərman ixrac edə bilir.

Maraqlıdır ki, Braziliyanın özündə halal ət tapmaq asan deyil. Xüsusən də San Paolo və Rio de Janeyro kimi iri şəhərlərdən kənarda.

Braziliyanın 200 milyonluq əhalisinin yalnız kiçik bir hissəsi - təxminən 1,5 milyonu müsəlmandır. Onların çoxu Suriya, Misir və Fələstin əsillidir.

Halal ətin əsas ixracatçıları sırasında Braziliyadan sonra Avstraliya, Hindistan, Fransa və Çin gəlir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.