Maraqlı

Erməni milyarderlə məşhur tennisçinin toyu oldu - VİDEO - FOTO

17 Noyabr 2017 10:30
4 Şərh     Baxış: 2 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur və güclü qadın tennisçisi sayılan Serena Uilyamsla erməni milyarder Aleksis Ohanyanın toyu olub.

Milli.Az TMZ-yə istinadən bildirir ki, media üçün qapalı keçən, 250 qonağın dəvət aldığı toy ABŞ-ın Nyu-Orlean şəhərindəki " The Contemporary Art Center"də təşkil olunmuşdu.

Toy "Gözəl və çirkin" (Beauty and the Beast) nağılının motivləri stilində idi.

Bu səbəbdən qonaqlar da seçilmiş stilə uyğun geyinmişdilər. Gələn qonaqların hamısı üçün "Be Our Guest" mahnısı səsləndirilib.

Qonaqlar arasında Beyonse, Eva Lonqoriya, Anna Vintur, Siara, Kelli Roulend, Cey Zi və başqaları vardı.

36 yaşlı Serena Uilyams və Reddit servisinin sahibi, 34 yaşlı erməni milyarder Aleksis Ozanyan toyda qızları Aleksis Olimpiya ilə birlikdə idilər.

Aleksis Olimpiya sentyabrda anadan olub.

S.Uilyams və A.Ohanyan 2015-ci ildə Romada tanış olmuşdular. Onlar iki il birlikdə yaşayıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Erməni milyarderlə məşhur tennisçinin toyu oldu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.