Maraqlı

Jaguar XE Arden-dən tüninq alıb - FOTO

18 Noyabr 2017 20:05
0 Şərh     Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur alman atelyesi Arden sedan Jaguar XE üçün yeni kompleks təkmilləşdirmə proqramı hazırlayıb. Britaniyanın 4-qapılı modeli gözəl xarici görünüş, gücləndirilmiş mühərrik və məxsusi indeks Aj 24 alıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, təkmilləşdirmə paketinə nadir ban rəngi daxildir. Arden tərəfindən modernləşdirilmiş Jaguar XE parlaq-sarı aksentlər, altında sarı supportlar görünən təkər diskləri dəsti alıb.

Vizual dəyişikliklərlə yanaşı, Britaniya sedanı, həmçinin 30 mm aşağı salınmış asılqan alıb. Şirkətdən bildiriblər ki, bu, avtomobilin yürüş trekində hərəkətinə müsbət təsir göstərməlidir.

Təqdim edilmiş sedan Jaguar XE by Arden 3,0-litrlik, 6-silindrli kompressorlu mühərrik alıb ki, o, baza variantında 375 a.g.-ə malikdir. Təkmilləşdirmədən sonra mühərrik 422 a.g.-ə qədər gücləndirilib.

Təəssüf ki, təkmilləşdirilmiş avtomobilin dinamik xarakteristikası barədə alman şirkəti heç bir məlumat verməyib. Təkmilləşdirmə paketinin qiyməti barədə də məlumat yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.