Maraqlı

Yeni Toyota Land Cruiser - FOTO

4 Noyabr 2017 19:05
0 Şərh     Baxış: 1 666
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu ilin avqust ayında Lexus şirkəti də LX 570 modelinin Superior adlı top versiyasını təqdim etmişdi. Bu dəfə isə təzə eksklüziv kostyuma Toyota-ın Land Cruiser 200 modeli sahib olub. Excalibur versiyası əvvəlki dəbdəbəli Executive Black və Executive White modellərini əvəz edəcək. Xarici görkəmindəki dəyişiklilər əsasən yeni orijinal bamperlərldə (öndə əlavə aşağı horizontal yuvalar peyda olub) və banın arxa yan dirəklərində yer alan qılınc şəklli nişanda özünü büruzə verir. Bundan əlavə, ön qapıları açdıqda qılınc şəkli işıq vasitəsilə yerdə əks olunur.

Milli.Az 4charx.com-a istinadən bildirir ki, Excalibur versiyasının fərqli xüsusiyyətləri kimi unikal dizaynlı 20 dyümlü diskləri, eksteryerin qara xrom işləmələri, tünd fənərlər və salonun bahalı dəri ilə döşənməsini qeyd etmək olar.

Top versiya özündə hidropnnevmativ asma, tam dəst qış opsiyası və aktiv Toyota Safety Sense təhlükəsizlik sistemləri paketini cəmləyib. Avtomobil 4,6 L, 309 a.g. benzin və 4,5 L, 249 a.g. dizel mühərrikləri ilə təchiz ediləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.