Maraqlı

Üç qardaş ananı öldürdülər, sonra da... - FOTO

14 İyul 2011 16:39
Baxış: 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı "USA Today"ə istinadən bildirir ki, ABŞ-ın Minnesota ştatının Alberta şəhərində 6 ay əvvəl itkin düşmüş Tamara Li Meyson tapılıb. Daha doğrusu, onun cəsədi aşkarlanıb.

Polis qadının qalıqlarını onun həyətində, tövlənin yanındakı yeri qazarkən tapıb.
Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, 49 yaşlı Tamara Li Meysonun üç oğlu qətldə günahkardır.

17 yaşlı Ceykob Kobb anasını boğaraq öldürüb, qardaşları  -18 yaşlı Endryu və 25 yaşlı Dilan Klemens isə ona yardım edərək qadını tövlənin yanında basdırıblar.

"Otaqda kart və zər oyunları ilə başımızı qatıb əylənirdik. Anam otağa girdi, üstümüzə qışqırıb oyunu dayandırmağımızı istədi. Onunla mübahisədən sonra hirsləndim və elə qonaq otağındaca anamı boğdum. Sonra isə qardaşlarımla onun meyitini necə "itirməyi" düşündük. Endryu təklif etdi ki, anamızın başını kəsib gölə ataq, bədənini isə şaqqalayıb tövlədəki donuzlara yedirək. Dilan isə söylədi ki, meyiti tikə-tikə doğrayıb basdıraq. Sonda anamızı tövlənin yanında basdırmağa və bu minvalla izi itirməyə qərar verdik", - Ceykob Kobb deyib.

Ertəsi gün Dilan deyib ki, meyit basdırılmasın: "Gəlin, onu zibil qutusuna ataq, sonra da yandıraq".

Qardaşlar bu sözlərə qulaq asmırlar və əvvəlki planı həyata keçirirlər.
Ana qatili olan üç qardaş tutulub və bir müddət sonra onların məhkəməsi başlanacaq.

Milli.Az








Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.