Dünyanın ən qədim əlaqə vasitəsi - İŞARƏ DİLİ - FOTOLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İşarə dili danışma və eşitmə əngəlli şəxslərin öz aralarında və ya fiziki baxımdan normal ünsiyyət qurmaq üçün əl hərəkətləri və üz mimikalarından yararlanaraq bir-birilərini anladıqları, anlatdıqları dildir.
Milli.Az publika.az-a istinadən xəbır verir ki, bu dil çiyin hərəkətləri, qol və barmaqlarla, mimika ilə edilən işarələrdən ibarət dildir. İşarə dili ilk dəfə Amerikada yaşayan Çeyen adlanan yerli bir qızıldərili qəbiləsindən götürülərək yaradılmışdır. Lakin XVI əsrdə italiyalı həkim Jerom Cardan tərəfindən işarə dili əlifbası daha da inkişaf etdirilərək bu günə qədər gəlmişdir.
Bu dilin insanlar arasında yayılmasının məqsədi eşitmə və danışma problemi olan insanların cəmiyyətlə əlaqə qurmasıdır.
Abbe Çarlz Mişel de İyeppe adlı fransız iki lal-kar bacısı ilə anlaşa bilmək üçün sözləri hecalara bölərək hər bir hecaya müəyyən işarə verib və bu dili inkişaf etdirib. O, bir müddət sonra öz vəsaiti hesabına dünyanın müxtəlif nöqtələrində kar-lal məktəbi açıb. Həmin dövrdə daha çox eşitmə problemi olan insanlar arasında yayılan bu dil Fransız İşarə Dili (FSL) adlanıb. İşarə dili 1816-cı ildən etibarən Amerikada (ASL) dəyişikliyə uğrayıb və yenidən inkişaf edib.
İşarə dilinin də digər sözlü dillər kimi qrammatikası var. Bu düşündüyümüzün əksinə olaraq heç də asan bir dil deyil. Bu dil ətrafda istifadə edilən sözlü dildən təsirlənsə də, qrammatikası dəyişmir. Yəni türk dili ilə türk işarət dili hökmən eyni ola bilməz.
Özünəməxsus qrammatikası olmasına baxmayaraq, hər sözün mənasının ayrıca bir işarəsi var və bunlar bütün istifadəçilər üçün ortaqdır. Bu xüsusiyyətinə görə, işarə dili istifadə etdiyimiz jestlərdən və pantomim hərəkətlərdən də fərqlənir.
Hər ölkənin özünəməxsus işarə dili mövcuddur. Məsələn, ABŞ-da istifadə edilən işarə dili (ASL) ilə Almaniyadakı işarə dili (DGS) fərqlidir. Bu iki dil ingiliscə və almanca qədər bir-birindən fərqlənir.
Sözlü dillərdə olduğu kimi bu dil də uşaqlıqdan öyrənilməlidir. Eşitmə əngəllilər 5-6 yaşlarına qədər bu dili öyrənməsələr, daha sonra həm işarə dilini, həm də digər dilləri öyrənmələri çətinləşər.
İnsan beynində aparılan təcrübələrə görə, səsli dillə işarə dili eyni neyrofizioloji müddətə və eyni lokolizasyona (beynin sol yarımkürəsi) malikdir.
İşarə dilinə aid olan hərəkətləri səsli dildən istifadə edən insanların yadda saxlaması olduqca çətindir. Lakin aşağıda təqdim edəcəyimiz fotolara baxaraq bu işi müəyyən qədər asanlaşdıra bilərsiniz.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
XƏBƏR LENTİ
-
50 yaşından sonra valideyn olan MƏŞHURLAR
-
Yollarda "Əjdaha dişi" dövrü: Sürücülər yolun daraldığını zənn edib sürəti azaldır
-
Limonu kəsməzdən əvvəl bunları etməsəniz, çox şey itirərsiniz
-
Dünyanın ən təhlükəli şirniyyatı bəlli oldu
-
Bakı WUF13-ü qarşılamağa hazırdır - WUF13 Azerbaijan
-
Günün qoroskopu: Bəzən yaxınlarınızın tələbləri sizi yora bilər
-
Bibər qabığını soymağın ən praktik üsulları
-
Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO
-
Hazır qatıq qabları ilə bağlı çoxumuzun etdiyi bu səhv zərər verir
-
Milli Teatrın yeni premyerası: “Kral Lirin faciəsi" - FOTO
-
“Azərbaycan müsiqisi təsvirisənətdə “ günləri Xətai Sənət Mərkəzində baş tutdu - FOTO
-
Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacağam - Paşinyan
-
Dövlət Uşaq Filarmoniyasında Avropa Gününə həsr olunmuş konsert proqramı baş tutub - FOTO
-
Nazilə gəlinini təriflədi
-
Gimnastlarımız turniri 17 medalla başa vurublar - FOTO
-
Azərbaycanda deputata ağır itki - FOTO
-
Uşaq Erkən Müdaxilə Mərkəzinin gəncləri üçün maarifləndirici proqram təşkil olunub - FOTO
-
"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
-
Xalq yazıçısı Elçinin xatirəsinə həsr olunmuş "Baş" tamaşası nümayiş olunub - FOTO
-
Boks üzrə ölkə çempionunun meyiti tapıldı
-
"Özüm yetim olsam da, sizi yetim qoymadım"
-
Azərbaycan Milli Konservatoriyasının “Mirasdan müasirliyə” adlı hesabat konserti baş tutdu – FOTO
-
“Mançester Siti” 8-ci dəfə İngiltərə Kubokunu qazanıb
-
Uşağına görə məzuniyyətə çıxan valideynlərin nəzərinə





