Maraqlı

İnsan özü-özüylə danışırsa...

9 Avqust 2017 19:39
4 Şərh     Baxış: 1 585
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adətən biz özü-özüylə danışan insana ən azından qəribə insan kimi baxırıq.

Lakin Amerika alimləri yeni araşdırmalar zamanı aşkar ediblər ki, bu vərdiş yüksək intellektdən xəbər verir və həmçinin stress və depressiyadan yaxa qurtarmağa kömək edir.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, bunu Miçiqan Universiteti (ABŞ) alimləri 2 müstəqil eksperiment keçirdikdən sonra aşkar ediblər.

Eksperimentlər zamanı alimlər iştirakçılara hər hansı stresli vəziyyəti özü-özüylə danışmaqla müzakirə etməyi təklif ediblər. Nəticədə məlum olub ki, bu üsul emosiyaları tənzimləməyə, stresdən azad olmağa kömək edir.

Psixoloqlar bu üsulu tez-tez həyacan və streslərlə üzləşən insanlara tətbiq etməyi tövsiyə edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.