Maraqlı

Dünyada ən kompakt SSD satılır

20 İyul 2017 08:59
0 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ADATA" şirkəti "3D NAND" texnologiyası üzrə yaradılan kompakt SSD toplayıcısını təqdim edib. Çəkisi 33 qram, ölçüləri bank kartına bərabər toplayıcı "USB Type-C" tipli ikinci nəsil sürətli "USB 3.1" çıxışı ilə təchiz edilib. Kompakt ölçülər və məlumatların sürətli ötürülməsi ilə yanaşı, "ADATA SE730H" su, toz və zərbələrdən mühafizə olunur.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, "ADATA SE730H" məlumatları yazmaq və oxumaq üçün 500 meqabayt/saniyəyədək sürətdə ötürə bilir. Bu, 5 giqabayt tutumlu "Full HD" təsvir ölçülü filmin surətini 16 saniyəyə köçürməyə kifayət edir. Bundan başqa, "AAA" oyunların köçürülməsi üçün təxminən 1 dəqiqə tələb olunur. Yeni "3D TLC NAND" yaddaş tipindən istifadə isə toplayıcının əvvəlki nəsil "SE730" ilə müqayisədə istismar müddətinin 25 faiz uzadılmasını təmin edir.
 
Toplayıcının fərqləndirici cəhəti, həmçinin "IP68" standartı üzrə mühafizə olunmasındadır. Bu, onun torpaq üzərinə və ya suya düşməsi zamanı məlumatların salamat qalması deməkdir. Bundan əlavə, "ADATA SE730H" hərbi "MIL-STD-810G 516.6" standartının tələblərinə cavab verir ki, bu da onu düşmə və zərbələrdən qoruyur.
 
"Windows", "macOS" və "Android" daxil olmaqla müxtəlif platformalarla uyğunluq təşkil edən "ADATA SE730H" toplayıcısının qiyməti, hələ ki, açıqlanmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.