Maraqlı

Vulkan yamaclarında meşələr alışdı, nəhəng quru kəllə yarandı - VİDEO - FOTO

14 İyul 2017 12:34
1 Şərh     Baxış: 1 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada güclü meşə yanğınları davam edir. Məşhur Vezuvi vulkanının ətəkləri də alışıb yandığından minlərlə yerli sakin və turist bölgədən təlxiyyə olunub.

Milli.Az RAİ-yə istinadən bildirir ki, Vezuvi vulkanının ətəklərindəki yanğından ucalan tüstü buludları Neapolda belə, görünür.

İtalyanlar ilk əvvəl bu tüstünü görəndə vulkanın püskürməyə başladığını düşünüblər. Lakin sonradan bəlli olub ki, havaların həddən artıq isti keçməyi nəticəsində vulkanın yamaclarındakı meşələrdə yanğınlar başlanıb.

Kalampiso və San Vido Del Kapo şəhərləridən sakinlər təxliyyə olunmağa başlayıb.

Neapolda isə 5 rayondan sakinlərin çıxarılmasına başlayıb. İtaliya polisinin fikrincə, Vezuvi yamaclarındakı meşələrə italyan mafiyası "kamorra" od vurub. Məqsəd yerli hakimiyyət strukturlarını qorxutmaqdır.

Hazırda yanğında 600 yanğınsöndürən mübarizə aparır. Vezuvi Milli Parkındakı situasiya kritikdir.

Vezuvinin yerləşdiyi Kampaniya bölgəsinə əlavə polis və yanğınsöndürən qüvvələr göndərilib.

İtalyanları ən çox qorxudan məqam isə Vezuvinin yamaclarından qalxan tüstünün bir ara quru kəllə formasını alması olub. Bu məşum görüntünü yerli sakinlər "Tanrı xəbərdarlığı" sayırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Vulkan yamaclarında meşələr alışdı, nəhəng quru kəllə yarandı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.