"Anne" serialının qəhrəmanı Qonca Vuslateri və həyat yoldaşı Burak Ertoğan kafelərdən birində kameralara tuş gəliblər.
Milli.Az axşam.az-a istinadən bildirir ki, rahat geyim tərzi ilə diqqət çəkən aktrisa şalvarındakı yırtığı göstərərək bunları deyib:
"Paltara pul xərcləməyi sevmirəm, həyat yoldaşım da elədir. Ancaq mühüm tədbirlər olarsa, pulqabının ağzını açıram. Adi vaxtlarda bazardan alış-veriş edirəm. Həyat yoldaşım da bu mövzuda qənaətcildir".
Qonca ana olmağa tələsmədiyini də əlavə edib:
"Gözəl bir ailə həyatımız var, ancaq hələlik uşaq barədə düşünmürük".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində